Icma.az
close
up
RU
Kəşfiyyat mütəxəssisi Türkiyə ilə bağlı xəbərdarlıq edir

Kəşfiyyat mütəxəssisi Türkiyə ilə bağlı xəbərdarlıq edir

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


“Türkiyənin Yaxın Şərqdəki təsiri son illərdə əhəmiyyətli dərəcədə artıb. Yaranmış vəziyyət İsrail üçün ciddi strateji təhlükə halına gəlib”.
Reyting.az
xəbər verir ki, bunu İsrailin “Globus” nəşrində Təl-Əviv Universitetinin kəşfiyyat mütəxəssisi Yaakov Falkov bildirib.
Onun sözlərinə görə, Ankaranın qlobal və regional arenalarda artan diplomatik və hərbi təsiri İsrailin təhlükəsizlik və kəşfiyyat dairələrindən daha yüksək sayıqlıq və diqqət tələb edir.
Mütəxəssis qeyd edib ki, İsrail təhlükəsizlik qurumları Türkiyənin diplomatiya və kəşfiyyat sahəsində getdikcə daha aktiv rolunu “regional güc balansında köklü dəyişikliklərin xəbərçisi” kimi qiymətləndirir.
Falkov bildirib ki, İsrail tərəfi Türkiyənin təkcə öz sərhədləri daxilində deyil, həm də regional ittifaqlarda və böhranlarda həlledici aktor kimi önə çıxmasını diqqətlə izləyir.
Bundan əlavə, təhlildə Türkiyə kəşfiyyat orqanlarının son dövrlərdə artan fəaliyyəti də xüsusi vurğulanıb. Falkov qeyd edib ki, Ankara bir daha Yaxın Şərqin təhlükəsizlik arxitekturasında əsas oyunçuya çevrilib: “Bu vəziyyət regiondakı digər aktorlar üçün yeni balanslar və hesablamalar deməkdir”.
Təhlildə o da qeyd olunur ki, İsrail hökumətində qərarverici dairələr Türkiyənin son regional addımlarını diqqətlə izləyir və mümkün ssenariləri müzakirə edirlər. Falkov əlavə edib ki, İsrailin narahatlığının əsas səbəbi Türkiyənin sürətlə artan diplomatik və hərbi nüfuzu, eləcə də bölgədəki strateji çəkisinin güclənməsidir.
“Ankaranın xarici siyasət istiqamətləri bölgədəki müttəfiqlərin mövqeyini dəyişdirmək üçün kifayət qədər güclü və təsirlidir. İsrail bu yeni tarazlığa necə uyğunlaşacağını müzakirə edir və öz təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirməyə məcburdur”, - mütəxəssis vurğulayıb.
Müsahibəsində Falkov həmçinin İsrail kəşfiyyatının əsas problemlərindən birinin baş nazir Benyamin Netanyahu ilə bağlı olduğunu iddia edib. Onun sözlərinə görə, İsrailin kəşfiyyat strukturları “baş nazirdən siyasi cəhətdən tam asılı olan, lakin peşəkar baxımdan zəif şəxslərdən” ibarətdir: “Məhz buna görə də kəşfiyyat və təhlükəsizlik icmalarının rəhbərliyi oxşar taleyə düçar olur - bu da təəccüblü deyil. Netanyahu ilə bu qurumlar arasında ciddi informasiya boşluğu yaranıb. Bir sözlə, İsraildə strateji qərar qəbuletmə prosesində ekspert rəyləri ilə siyasi qərarlar arasındakı tarazlıq getdikcə daha da kövrəkləşir”.
ELÇİN
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:331
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 Noyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri