Icma.az
close
up
RU
Kaxaber Sxadadze: Keyfiyyətli futbolçu lazımdır ki, vacib ötürməni versin, zərbəni vursun

Kaxaber Sxadadze: Keyfiyyətli futbolçu lazımdır ki, vacib ötürməni versin, zərbəni vursun

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qələbə münasibəti ilə "Zirə"ni təbrik edirəm. Yaxşı oyun oldu. Bunu gözləyirdik. Futbolçularım əllərindən gələni etdilər, maksimum şəkildə mübarizə apardılar. Özünüz də görürsüz, hər oyunda öz qapımıza penaltiyə səbəb oluruq. "Sumqayıt"la oyunda belə penalti oldu. İlk dəfə idi ki, müdafiədə çox diqqətli oynayırdıq. "Zirə" təcrübəli komandadır. Bu səviyyədə oyunlarda belə səhvlərə yol vermək olmaz. Futbolçularımın təcrübəsi çatmır. Süleyman Damadayev çox çalışır, çox mübarizə aparır. Amma bu səviyyədə belə kobud səhvlərə yol vermək olmaz. Biz bundan çox ziyan çəkirik. "Zirə" çox yaxşı müdafiə olunan komandadır. Onlara qol buraxdıqdan sonra qol vurmaq çətindir. Standart vəziyyətlərimiz çox olur. Amma onlardan sonra biz rəqib qapısına təhlükəli epizod yarada bilmirik. Sadəcə bunun üçün keyfiyyətli futbolçu lazımdır ki, vacib ötürməni versin, zərbəni vursun. İndi heç nəyi dəyişə bilmərik. Qışa kimi döyüşməli, mübarizə aparmalıyıq. Sonra heyəti gücləndirmək lazımdır. Fiziki olaraq da, bizə oyunçu çatmır. Söhbət keyfiyyətdən də getmir. Futbolçumuz azdır ki, kimisə meydana buraxaq. Azarkeşləri də başa düşürəm. Onlar öyrəşiblər ki, hər zaman "Qəbələ" avrokuboklarda, qrup mərhələsində mübarizə aparıb. İndi belə vəziyyətdəyik. Onları başa düşürəm, onlar da bizi başa düşməlidir ki, hazırda fərqli vəziyyətdir".

Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 12-ci turunun “Zirə” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Komanda uduzsa da, mübarizə aparırsız, komandada sistem görünür...

Çox sağ olun ki, siz bunu dəyərləndirirsiz. Oyunların gedişatında dəyişikliyi az və gec edirik. Buna baxmayaraq, futbolçular funksional olaraq hazır olurlar, oynayırlar.Təşəkkür edirəm ki, əməyimizi dəyərləndirirsiz. Bu mövzuya qayıtmaq istəmirəm. Əvvəllər də qeyd etmişəm ki, bizdə futbolçu azdır. Ötən mövsüm yerli uşaqlar var idi ki, komandada I Liqada oynadılar. Onlara böyük hörmətim var, çox istəyirəm onları. Amma onların yanında yerli təcrübəli futbolçular da olmalıdır ki, onlar inkişaf etsinlər. Sadəcə futbolçu çatışmır. "Zirə"də 15-16 legioneri var.  Bizdə cəmi 9 legioner var. Etiraf edirəm ki, seleksiya işində yayda bir qədər pis işlədik. 

- Penalti epizodundan yararlana bilmədiz...

Biz iki nəfərin adını yazmışdıq. Biri Sanqaredir, digəri Ba Luadır. Bu elə məqamdır ki, futbolçu o epizodda özünü necə hiss edir, hazırdırsa, özü qərar verir. İlk adını çəkdiyim futbolçulardan sonra Domi də var ki, o da penalti vuranlar siyahısındadır. Sanqare məsuliyyəti öz üzərinə götürdü ki, vursun. Mən də kənardan konkret müdaxilə edə bilmərəm. Qolu kimin vurmasının ciddi fərqi yoxdur.

- Rəhbərliklə transferlərlə bağlı söhbət etmisiz?

Fariz Nəcəfov elə insandır ki, uzun illərdir futboldadır, kluba da bəlli büdcə ayrılıb. Əsas məsələ odur ki, büdcədən düzgün istifadə edək. 100 faiz transferlər olacaq. Bir həftə əvvəl Fariz Nəcəfovla görüşdük. Söhbətimiz oldu ki, qışa qədər döyüşək. Əsas odur ki, kobud səhvlərə yol verməyək. Bu da təcrübədən irəli gələn məsələdir. Bizə yerli, yaxşı futbolçular lazımdır. Mən əvvəllər harda işləmişəmsə....Məsələn, "İnter" yerli futbolçulara şans verirdim, Azər Salahlı və digərlərinin adını çəkə bilərəm. "Qəbələ"də də U-21 yığmasının üzvləri var. Son matçda da Cəbəllütariqə qarşı oynadılar. Sadəcə həmin gənclərin yanında Səlahət Ağayev, Murad Musayev kimi təcrübəlilər lazımdır ki, inkişaf etsinlər.

- Rza Cəfərovun komandaya cəlb olunacağı gözlənilir. Qışda daha bir qapıçı gətirmək gündəmdədir?

Bu barədə indidən danışmaq istəmirəm. Transferlər olacaq. Qapıçı da lazımdır. Rza da yaxşı qapıçıdır, perspektivlidir. Təəssüf ki, klubunda oynamır, ehtiyatda qalır. Çox istəyərdim. Amma indidən danışmaq istəmirəm. Heyətdə rəqabət olmalıdır. Futbolçular rəqabət halında inkişaf edə bilərlər. 

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://sportal.az
archiveBu xəbər 22 Noyabr 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri