Icma.az
close
up
RU
Keyfiyyətli yuxu üçün bunları ETMƏYİN!

Keyfiyyətli yuxu üçün bunları ETMƏYİN!

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əksəriyyətimiz həyatımızın bir nöqtəsində, istər iş qayğıları, istər stress, istərsə də sadəcə olaraq çoxlu işlər səbəbindən yatmaqda çətinlik çəkirik.

Biz hamımız gecə az yatdığımız halda səhər yuxudan oyanmağın nə qədər çətin olduğunu bilirik. Gecələr saatlarla düşüncələrə dalaraq yata bilməməyin necə də narahatedici hiss olduğunu hər kəs bilir. İnsanların yuxu ilə bağlı əsas narahatlıqları kifayət qədər yatmamaq, fasiləli yuxu və ya yuxuya getmə problemləridir.

News24.az keyfiyyətli yuxu üçün müxtəlif üsul və tövsiyələrin siyahısını tərtib edib.

Gündəlik sağlam rejim yaradın və bunları etməyə çalışın:

Yuxu qrafikinə riayət edin. Bu o deməkdir ki, gecə hansı vaxtda yatmağınızdan asılı olmayaraq, hər səhər eyni vaxtda durmaq lazımdır. 20-30 dəqiqəlik qısa yuxular əhval-ruhiyyəni, konsentrasiyanı və iş fəaliyyətinizi artırmağa kömək edə bilər. Ancaq unutmayın ki, qısa günorta yuxusu gecə yuxusunu əvəz edə bilməz. Yatmağa getməzdən əvvəl qəhvə,

tünd çay və kola kimi kofeinli içkilərdən uzaq durun, əvəzində isə bir stəkan ilıq süd və ya çobanyastığı, cökə çayı için.

Bunlardan uzaq durun:

Gündüz vaxtı çox uzun müddət yatmaq. Bu sizin gecə yuxu rejiminizə təsir edə və yuxuya getməyinizi çətinləşdirə bilər.

Yatmazdan bir-iki saat əvvəl yemək.

Axşam saatlarında tünd şokolad, qəhvə, çay kimi stimullaşdırıcı qida və içkilərdən tamamilə uzaq durun. Yatmazdan əvvəl spirtli içki içmək və yatmazdan əvvəl siqaret çəkmək yuxu rejmi üçün zərərlidir.

Yatmazdan əvvəl rahatlıq üçün bunları etməyə çalışın:

Yatmazdan əvvəl kitab oxuyun və ya musiqiyə qulaq asın. Bu, fikri yayındırmağa və istirahət etməyə kömək edə bilər. Əzələlərin gərginliyini azaltmaq üçün yüngül dartınma hərəkətləri edin.

Rahatlaşmaq üçün həzin musiqi, eləcə də xüsusi səs effektləri (yagış, meşə və ya quşların səsi kimi) dinləyin. Bu məqsəd üçün hazırlanmış bir çox meditasiya mobil tədbiqləri də var.

Bunlardan uzaq durun:

Yatmazdan iki saat əvvəl intensiv fiziki məşq etmək.

Yatmazdan əvvəl kefinizi pozan şeylər haqqında düşünmək.

Əgər özünüzü gərgin və əsəbi hiss edirsinizsə, yuxuya getməzdən əvvəl 5-20 dəqiqə ərzində sakitləşdirici və ya rahatladıcı fəaliyyətlə məşğul olun. Yataq otağınızı yuxu üçün komfort yerə çevirin

Bunları etməyə çalışın:

Yataq otağınızı qaranlıq, sakit və səliqəli vəziyyətdə saxlayın.

Xüsusilə səs-küylü şəhər mühitində yaşayırsınızsa, yuxunuzun səs-küy səbəbi ilə kəsilmə ehtimalını azaltmaq üçün qulaq tıxaclarından istifadə edin. Lavanda kimi sakitləşdirici ətri olan diffuzor quraşdırın.

Bunlardan uzaq durun:

Yataqdan və yataq otağından yuxudan başqa işlər üçün istifadə etmək.

Yataqda yemək yemək.

Yuxudan ən azı 30 dəqiqə əvvəl televizordan, kompüterdən və mobil telefondan istifadə.

Araşdırmalar göstərir ki, onların ekranlarından yayılan işıq növü sizin yuxuya getməyinizə mane ola bilər.

Yataqda işlərinizi planlaşdırma və ya problemləri həll etmək./Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Mart 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri