Icma.az
close
up
RU
Keyfiyyətsiz dondurmaları necə tanımaq olar? Mütəxəssis məsləhətləri

Keyfiyyətsiz dondurmaları necə tanımaq olar? Mütəxəssis məsləhətləri

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Artıq hava temperaturu yüksəlmək üzrədir. Bu cür günlərdə isə insanların böyük əksəriyyəti sərinləmək məqsədilə dondurma istehlak edir. Lakin digər tərəfdən, bazarda kifayət qədər saxta və keyfiyyətsiz məhsulların satışda olması da hamıya məlumdur. Avtosfer.az "Yurd.Media"ya istinadən xəbər verir ki, qida ekspertlərinin sözlərinə görə, sağlam dondurma düzgün qida zəncirində saxlanılaraq istehlakçılara çatdırılan dondurmalardır.

Mütəxəssislərin fikrincə, istehsal prosesi başa çatdıqdan sonra avadanlıqların düzgün qaydada yuyulması və dezinfeksiya edilməsi vacib şərtdir, bunun əksi isə qida zəhərlənməsinə gətirib çıxarır:

"Dondurma süd məhsulları əsasında istehsal olunduğuna görə riskli qidalar sırasına daxildir və lazımi qaydada dezinfeksiya edilməyən avadanlıqlardan çarpaz çirklənmə yolu ilə məhsulda bakterial bulaşma meydana gəlir. Dondurmalar soyuq qida zəncirində mənfi 18 dərəcə temperatur təmin edən soyuducu ilə təchiz olunmuş nəqliyyat vasitələrində daşınmalıdır. Mağazalarda isə dondurmaların mənfi 18 dərəcədə saxlanılması zəruri şərtdir. Bu məsələdə market rəhbərliyinin üzərinə düşən məsuliyyət dondurucu qapağının bağlı saxlanması və müntəzəm nəzarətin təmin edilməsidir".

Mütəxəssislər həmçinin qeyd edir ki, bəzən alıcılar soyuducudan dondurma götürərkən onun qapağını açıq vəziyyətdə saxlayırlar:

"Belə hallarda isti hava axını soyuducunun içərisinə daxil olur və dondurmalar əriməyə başlayır. Bir dəfə donu açılıb sonradan yenidən dondurulmuş dondurmalar ciddi təhlükə mənbəyidir və qida zəhərlənməsinə səbəb ola bilər. Bu vəziyyət generatoru olmayan müəssisələr üçün də keçərlidir. Elektrik enerjisinin kəsilməsi nəticəsində soyuduculardakı temperatur rejimi pozulur və bu hal dondurma ilə yanaşı, digər riskli məhsulların da donunun açılmasına gətirib çıxarır".

Donu pozulmuş məhsulları ayırd etməyin üsulları:

Əgər dondurma qablaşdırması deformasiyaya məruz qalıbsa və ya yeyərkən ağızda buz kristalları hiss edilirsə, bu cür dondurmalardan uzaq durmaq lazımdır. Bəzi hallarda soyuducunun ən aşağı hissəsində qalan dondurmaların yararlılıq müddəti bitmiş olur. Alıcılar mütləq şəkildə dondurmaların son istifadə tarixini yoxlamalıdırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 İyun 2026 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri