Icma.az
close
up
RU
Keyfiyyətsiz dərmanlar

Keyfiyyətsiz dərmanlar

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Qiyməti yüksək, keyfiyyəti aşağı... Keyfiyyətsiz dərmanlar dövrümüzün ən böyük bəlası, qanayan yaramızdır. Vətəndaşlarımızın çoxu bu məsələdən şikayətlənir. Hələ işini vicdanla yerinə yetirmək yerinə, pula görə bəzi firmalarla müqavilə bağlayıb dərmanlarını pasiyentə sırıyan həkimlərin sayı da kifayət qədərdir. Xəstələr əksər vaxt məcbur qalıb dərmanları xaricdən tanışlarına aldırır, ya da sifariş edir ki, bir effektini görsün.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Missiya.Az-a açıqlamasında bildirib ki, Azərbaycan az sayda olan ölkələrdəndir ki, aptek şəbəkəsi bir çox ölkələrdən təxminən 20 dəfə çoxdur:

“Bəzi ölkələr var ki, apteklər şənbə və bazar günü işləmir. Bizdə isə hər gün açıqdır. Bu hamısı onu göstərir ki, ya dərmanlar təsirsizdir, ya da Azərbaycan vətəndaşlarının bəzilərinin həyatı, qidalanma tərzi elə bir vəziyyətdədir ki, onlar dərmana möhtacdır. Şübhəsiz, 1 və 2-ci məsələ də hər ikisi öz yerini tapır. Üstəlik vətəndaşlarımız klinikalarda növbədə ən çox duran insanlardır. Hətta qonşu ölkələrin klinikalarında da növbədə dayanırlar. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) orta insan ömrü siyahısında Azərbaycan 190 ölkə arasında 115-cidir. Tibb, qida əlçatanalığı aşağı olan Asiya, Afrika ölkələrindən Azərbaycan uzun ömürlülüyə görə geridə qalır. Sözügedən amillər Azad İstehlakçılar Birliyini (AİB) ciddi düşündürür. Dərmanların keyfiyyət və qiymətindəki problemlərin həllİ zəruridir”.

Eyyub Hüseynov əlavə edib ki, bəzi dərmanların qiyməti dövlət tərəfindən tənzimlənib:

“Lakin keyfiyyət isə sual altındadır. Təəssüf ki, istehlakçıların və istehlakçı təşkilatların elə bir laboratoriyası yoxdur ki, problemi araşdırsınlar. Bir məqamı da vurğulayım ki, həkimlərin illər boyu sıx-sıx dərman distribüterləri ilə əlaqələri hiss olunurdu. Lakin Səhiyyə Nazirliyi elektron resept məsələsini ortalığa qoyub. Mütləq yerinə yetirilməlidir, reseptlərə nəzarət edilməlidir. Eləcə də ölkəmizdə 8 il öncə xüsusi təsdiq olunmuş resept növlərindən istifadə olundu. Bunlar həkimlərlə distribüterlərin əlaqələrinin azalmasına təsir edən amillərdir. 

Bugün birmənalı şəkildə pediatrlarla körpə qidaları satan distribüterlərin sıx-sıx əlaqələri var. Körpə qidaları Azərbaycanda ən yüksək qiymətə satılır. Ölkəmizdən ana südündən istifadə faizi mərkəzi Avropa ölkələrindən də geri qalaraq, 44-45 faiz təşkil edir. Dərman bazarında həqiqətən böyük xaos hökm sürür. Təəssüflər olsun ki, Azərbaycanda bir neçə il öncə dərman zavodu açılıb. Həmin zavod primitiv işlərlə - əlcək, maska və s. istehsalı ilə məşğuldur. Ümumiyyətlə dərman siyasətində ciddi işlər görülməli, istehlakçıların soyulmasının qarşısı alınmalıdır”.

Zərintac Mayisqızı
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://missiya.az
archiveBu xəbər 05 Dekabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri