Keyn 78 illik rekordu təkrarladı
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Keyn 78 illik rekordu təkrarladı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
İngiltərə millisinin hücumçusu Harri Keyn Xorvatiya ilə səfər oyununda fərqlənərək milli komandanın tarixinə düşüb.
QOL.az xəbər verir ki, “Bavariya”nın futbolçusu bununla da İngiltərə millisinin heyətində ardıcıl 6 səfər oyununda qol vurub. O, bu göstərici ilə 78 il əvvəl müəyyənləşdirilmiş rekordu təkrarlayıb.
Keyndən əvvəl bunu yalnız üç futbolçu bacarıb. Ceyms Uindric, Tom Finni və Sten Mortensen ardıcıl 6 səfər matçında qol vurublar. Mortensen bu rekorda sonuncu dəfə 1948-ci ildə imza atıb.
Qeyd edək ki, Keynin seriyasına Andorra, Serbiya, Latviya, Albaniya, Çexiya və Xorvatiya millilərinə qarşı səfər oyunlarında vurduğu qollar daxildir.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Baxış sayı:111
Bu xəbər 03 Oktyabr 2026 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















