Icma.az
close
up
RU
Keysəriyyə modası: Azərbaycanda hər 3 uşaqdan biri əməliyyatla DOĞULUR

Keysəriyyə modası: Azərbaycanda hər 3 uşaqdan biri əməliyyatla DOĞULUR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Səhiyyə Nazirliyi təbii doğuşu təşviq etmək məqsədilə yeni qərar verib. Yeni qaydalara əsasən, özəl səhiyyə müəssisələrində tibbi zərurət olmadan keysəriyyə əməliyyatlarına icazə verilməyəcək.

Qərar təkcə tibb mərkəzlərini deyil, poliklinikaları, müayinəxanaları və digər özəl səhiyyə müəssisələrini də əhatə edir. Yeni dövrdə bu müəssisələrdə planlı keysəriyyə əməliyyatlarının yalnız tibbi göstəriş olduqda aparılmasına icazə veriləcək.

Səhiyyə Nazirliyinin qərarı ciddi müzakirələrə səbəb olub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə görə, yalnız tibbi zərurət olduqda keysəriyyə əməliyyatı aparılmalı, təbii doğuşa isə üstünlük verilməlidir. Təşkilat bildirir ki, təbii doğuş həm ana, həm də körpə sağlamlığı baxımından daha az risk daşıyır.

ÜST-nin məlumatına görə, dünyada keysəriyyə ilə doğulan uşaqların sayı son illərdə sürətlə artıb. 1990-cı illərdə bu göstərici təxminən 7 faiz idisə, 2021-ci ildə 21 faizə yüksəlib. ÜST optimal göstəricinin 10-15 faiz arasında olmasını tövsiyə edir.

Türkiyədə isə artım daha kəskindir. Hazırda ölkədə hər 100 doğumdan 61-i keysəriyyə yolu ilə həyata keçirilir.

Keysəriyyə ilə doğulan uşaqlarının sayının artması Azərbaycanda da müzakirə olunan mövzulardandır.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda 2023-cü ildə doğulan uşaqların 69 faizə yaxını təbii doğuşla dünyaya gəlib.

2018, 2019 və 2020-ci illərdə bu göstərici 67 faiz, 2021-ci ildə 57 faiz, 2022-ci ildə isə 64 faizdir.

Statistikadan məlum olur ki, Azərbaycanda keysəriyyə ilə dünyaya gələn uşaqların ümumi doğulan uşaqların təxminən 30-40 faizə yaxınını təşkil edir. Yəni, ölkədə təxminən hər 3 uşaqdan biri əməliyyatla dünyaya gəlir ki, bu da ÜST-nin tövissəyələrindən çoxdur.

Avropa ölkələrində keysəriyyə əməliyyatlarının faiz göstəriciləri ölkədən ölkəyə dəyişir. Məsələn, Rumıniyada 44.1%, Bolqarıstanda 43.1% olub. Ən aşağı göstəricilər isə Finlandiya (16.5%) və İsveçdə (16.6%) qeydə alınıb. İngiltərədə isə 2023-24-cü illərdə doğuşların 25%-i keysəriyyə əməliyyatı ilə həyata keçirilib. Bu artımın səbəbləri arasında anaların yaşının artması və piylənmə kimi faktorlar göstərilir. 

Ekspertlər deyir ki, keysəriyyə əməliyyatlarının artması həm ana, həm də uşaq üçün müəyyən risklər yaradır. Bu səbəbdən, təbii doğuşun təşviqi və keysəriyyə əməliyyatlarının yalnız tibbi zərurət hallarında həyata keçirilməsi vacibdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Aprel 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri