Azərbaycanda hər 5 uşaqdan 1 i rəsmi nikahdan kənar doğulur
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən il Azərbaycanda doğulan 50 min 539 uşağın 23%-i və ya 11 min 626-sı rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir ildə bu göstərici aşağı düşüb.
Müqayisə üçün bildirək ki, 2024-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqlar ümumi doğulanların 25%-ni təşkil edib. 2023-cü ildə bu göstərici 27%, 2022-ci ildə isə 30% olub.
Son illər ərzində Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalmağa başlayıb. Nikahda olmayan qadınlar tərəfindən ən çox uşaq 2011-ci ildə dünyaya gəlib – 30 min 983 nəfər. Həmin il rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqlar ümumi doğulanların 34,2%-ni təşkil edib.
Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən uşaqlar ən çox kənd yerlərində doğulur. Ötən il doğulmuş 11 min 626 uşağın 7 min 27-i kənd yerlərində, 4 min 599-u isə şəhər yerlərində dünyaya gəlib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycanda hər 8 ci uşaq nikahdan kənar doğulur: Təhlükəli siqnal VİDEO
07 İyul 2025 10:46
Keysəriyyə modası: Azərbaycanda hər 3 uşaqdan biri əməliyyatla DOĞULUR
21 Aprel 2025 11:46
Azərbaycanda nikahdan kənar doğulan uşaqların sayı açıqlandı
25 Avqust 2026 15:04
Azərbaycanda uşaqların 15% nin nikahdan kənar doğulduğu açıqlanıb
12 Mart 2025 12:04
Azərbaycanda 11 mindən çox uşaq nikahdan kənar doğulub
27 Oktyabr 2026 15:37
Baxış sayı:154
Bu xəbər 26 Avqust 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















