Icma.az
close
up
RU
KFC və “McDonald s”larda müştərilərə niyə çiy və köhnəlmiş qidalar verilir? EKSPERT RƏYİ

KFC və “McDonald s”larda müştərilərə niyə çiy və köhnəlmiş qidalar verilir? EKSPERT RƏYİ

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

KFC və “McDonald's” restoranları ilə bağlı şikayətlər son günlər artmaqda davam edir. Qeyd edilən restoran şəbəkəsinin müştəriləri daha çox qidaların keyfiyyəti ilə bağlı narazılıqlarını bildirir.

Avtosfer.az-ın sosial şəbəkə hesabına müraciət edən Könül Rauf qızı son bir neçə ay ərzində KFC və “McDonald's”ın bəzi filiallarında xoşagəlməz hallarla qarşılaşdığını bildirib.

Onun sözlərinə görə, sifariş etdiyi qızardılmış kartoflar bəzi hallarda soyuq şəkildə təqdim olunub. Vətəndaş həmçinin bildirib ki, aldığı toyuq nagetslərinin tam bişmədiyi yalnız məhsulu yedikdən sonra hiss olunub. Hamburger çörəklərinin bəzən bayat olması fastfud restoranı ilə bağlı düşüncələrinə mənfi təsir edib.

Mövzu ilə bağlı qida təhlükəsizliyi üzrə mütəxəssis Məhsəti Hüseynova Avtosfer.az-a açıqlamasında bildirib ki, beynəlxalq fast-fud şəbəkələri adətən müəyyən edilmiş standartlar əsasında fəaliyyət göstərir.


“Həm istifadə olunan xammalın, həm yarımfabrikat məhsulların, həm də hazır qidaların hazırlanması və təqdimatı ilə bağlı qaydalar mövcuddur. Son günlər müxtəlif şikayətlər səslənsə də, konkret müəssisədə yoxlama aparılmadan və müraciətlər tam araşdırılmadan qəti fikir bildirmək düzgün deyil.
Əgər məhsulun köhnə olması, toyuğun tam bişməməsi və ya nagetslərdən turşumuş, xoşagəlməz qoxunun gəlməsi ilə bağlı iddialar təsdiqini taparsa, bu, qidanın keyfiyyətinin aşağı düşdüyünü və ya xarab olduğunu göstərə bilər. Lakin bütün hallarda məsələ araşdırılmalıdır. Bəzən sosial şəbəkələrdə diqqət çəkmək məqsədilə də müxtəlif məlumatlar paylaşılır", - deyə Məhsəti Hüseynova vurğulayıb.
Mütəxəssis qeyd edib ki, istər fast-fud şəbəkələrində, istərsə də digər ictimai iaşə obyektlərində ən böyük risklərdən biri toyuq məhsulları ilə bağlıdır.
“Toyuq zülal tərkibli qida olduğu üçün tez xarab olmağa meyillidir və bişirilərkən daxili temperaturunun ən azı 75 dərəcəyə çatması vacibdir. Bu temperatur təmin edilmədikdə məhsulun tərkibində mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yarana bilər. Nəticədə salmonella və digər bakteriyalar insan sağlamlığı üçün təhlükə yaradaraq qida zəhərlənməsinə səbəb ola bilər. Bu isə özünü ishal, qusma, ürəkbulanma və digər sağlamlıq problemləri ilə göstərə bilər.
Qızartma üçün istifadə edilən yağların da vaxtaşırı dəyişdirilməsi olduqca vacibdir. Eyni yağdan uzun müddət istifadə edilməsi məhsulun dad və qoxusuna mənfi təsir göstərir, köhnə və ya acı dadın yaranmasına səbəb olur ki, bu da istehlakçı narazılığını artıran əsas amillərdən biridir. Bişirilmiş qidalar hazırlandıqdan sonra qısa müddətdə istehlak edilməlidir.
Məshəti Hüseynova deyib ki, xüsusilə tez xarab olan məhsulların 5-60 dərəcə temperatur aralığında uzun müddət saxlanılması mikroorqanizmlərin sürətlə çoxalmasına və qida zəhərlənməsi riskinin artmasına səbəb olur:
''Bu cür hallarda əsas məsələ problemin dəqiq müəyyənləşdirilməsi, şikayətlərin araşdırılması və qida təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasıdır. Bütün qidalar hazırlanarkən və saxlanılarkən sanitar-gigiyenik normalar qorunmalıdır. Əks halda, istənilən restoran və ya fast-food şəbəkəsində qida məhsulu insan sağlamlığı üçün təhlükə mənbəyinə çevrilə bilər''.

Qida eksperti Mübariz Vəliyevin sözlərinə görə, son vaxtlar ictimaiyyətdə bəzi fast-food müəssisələrində toyuq məhsullarının bişirilmə dərəcəsi və istifadə olunan yağın keyfiyyəti ilə bağlı müzakirələr aparılır:


"Qeyd etmək lazımdır ki, toyuq ətinin düzgün temperaturda və standart müddətdə bişirilməsi qida təhlükəsizliyi baxımından çox vacibdir. Ət tam bişmədikdə mikrobioloji risklər yarana bilər və bu da sağlamlıq üçün təhlükə törədə bilər. Buna görə də peşəkar mətbəxlərdə bişirmə temperaturu və vaxtı ciddi şəkildə nəzarətdə saxlanılmalıdır. Digər tərəfdən, qızartma yağlarının istifadəsi də xüsusi qaydalara tabedir. Texnoloji standartlara görə yağın müəyyən istifadə dövrü və temperatur limiti olur. Əgər yağ uzun müddət və ya düzgün temperaturda istifadə olunmazsa, onun tərkibi dəyişə bilər və bu da həm dad keyfiyyətinə, həm də sağlamlığa mənfi təsir göstərə bilər".

Ekspertin fikrincə, burada vacib məqam ondan ibarətdir ki, bu kimi məsələlər hər bir müəssisənin daxili keyfiyyət nəzarət sistemindən, gigiyena qaydalarına əməl etməsindən və texnoloji standartlara nə dərəcədə ciddi yanaşmasından asılıdır. Bütün qida sektoru üzrə ümumi fikir bildirmək düzgün olmaz, çünki keyfiyyət fərqləri ola bilər. Nəticə olaraq, istehlakçılar qida seçərkən etibarlı və nəzarət olunan mənbələrə üstünlük verməli, müəssisələr isə qida təhlükəsizliyi standartlarına maksimum ciddi yanaşmalıdırlar.
Fatimə Dadaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 İyun 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri