Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Kibercinayətlərin sübut edilməsinə Azərbaycan yanaşması

Kibercinayətlərin sübut edilməsinə Azərbaycan yanaşması

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Oktyabr ayının 29-da  Sankt-Peterburq şəhərində Rusiya Federasiyası İstintaq Komitəsinin Sankt-Peterburq Akademiyasının təşkilatçılığı ilə “Kriminalistika ilkin istintaqın xidmətində” mövzusunda II Beynəlxalq elmi-praktik konfrans keçirilib. Rusiya Federasiyası İstintaq Komitəsinin müstəqil federal dövlət orqanı kimi fəaliyyətə başlamasının 15, Sankt-Peterburq Akademiyasının yaradılmasının  10 illiyinə həsr olunan konfransda Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan və Özbəkistandan tanınmış hüquqşünas alimlər, professorlar, hüquq-mühafizə orqanlarının nümayəndələri, istintaq və kriminalistika sahəsində ixtisaslaşmış mütəxəssislər iştirak ediblər. 

Beynəlxalq elmi tədbirdə Azərbaycanı Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru, proqramın doktorantı Erkin Musayev təmsil edib. Konfransın “İstintaq fəaliyyətinin müasir taktiki və metodiki aspektləri” adlı bölmə iclasına videokonfrans formatında qoşulan E. Musayev “Rəqəmsal izlərdən kibercinayətlərin sübut edilməsinə: Azərbaycan qanunvericiliyi və müqayisəli təcrübə” mövzusunda elmi təqdimatla çıxış edib. Slaydlarla müşayiət olunan çıxışda kibercinayətlərin sübut edilməsinə dair Azərbaycan qanunvericiliyində mövcud hüquqi yanaşmalar və müasir istintaq təcrübəsinin aktual problemləri beynəlxalq elmi auditoriyanın diqqətinə çatdırılıb. 

Təqdimat zamanı kibercinayətlərin araşdırılmasında rəqəmsal izlərin hüquqi sübutlara çevrilməsi, elektron sübutların əldə edilməsi və qiymətləndirilməsinin prosessual xüsusiyyətləri, onların etibarlılığı və yolverilənliyi, eləcə də rəqəmsal məlumatların konkret cinayət tərkibinin hüquqi əlamətləri ilə əlaqələndirilməsi məsələləri təhlil olunub. Məruzə çərçivəsində Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyində 2026-cı ildə həyata keçirilmiş dəyişikliklər, Kibercinayətkarlıq haqqında Budapeşt Konvensiyasının müvafiq müddəaları, həmçinin ABŞ və Almaniyanın məhkəmə təcrübəsi müqayisəli şəkildə nəzərdən keçirilib. Kibercinayətlərin hüquqi tövsifi zamanı qanunsuz giriş, məlumatların ələ keçirilməsi, elektron məlumatlara müdaxilə və kompüter saxtakarlığının bir-birindən fərqləndirilməsinin, habelə hər bir cinayət tərkibinin müstəqil hüquqi əlamətlər əsasında sübuta yetirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədqiqatda rəqəmsal izlərlə cinayət tərkibinin əlamətləri arasında əlaqənin müəyyənləşdirilməsi üçün mərhələli hüquqi təhlil yanaşması da irəli sürülüb. Bu yanaşmanın texniki nəticələrin hüquqi qiymətləndirilməsində əsaslandırılmış qərarların qəbuluna, sübutların düzgün təhlilinə və kibercinayətlərin hüquqi tövsifində mümkün səhvlərin qarşısının alınmasına xidmət edə biləcəyi diqqətə çatdırılıb. E. Musayevin mövzu üzrə elmi məqaləsi konfransın materiallarından ibarət, Sankt-Peterburq Akademiyası tərəfindən nəşr olunmuş 230 səhifəlik elmi əsərlər toplusunda dərc edilib. Konfransın təşkilatçısı tərəfindən toplunun Rusiya Elmi İstinad İndeksi (РИНЦ) sistemində yerləşdirilməsi də nəzərdə tutulub. 

Qeyd edək ki, Erkin Musayev Bakı Dövlət Universitetinin hüquq fakültəsində pedaqoji və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olur. Onun elmi araşdırmaları , əsasən cinayət hüququ, beynəlxalq cinayət hüququ, kibercinayətkarlıq, rəqəmsal hüquq və informasiya texnologiyalarının inkişafı ilə əlaqədar meydana çıxan müasir hüquqi problemləri əhatə edir. Müxtəlif dillərdə 20-dən çox elmi məqalə və konfrans tezisinin müəllifi olan E. Musayev müntəzəm olaraq elmi jurnallarda tədqiqat nəticələrini dərc etdirir, beynəlxalq elmi konfranslarda aktual hüquqi mövzulara dair məruzələrlə çıxış edir. E. Musayev, həmçinin Hüquq və İnsan Haqları İnstitutunun (publik hüquqi şəxs) rəsmi internet səhifəsində təqdim olunan “Hüquq sahəsi üzrə alim və tədqiqatçıların siyahısı”nda yer alır. Həmin siyahıda onun elmi ixtisaslaşma istiqamətləri, beynəlxalq elmi fəaliyyəti və hüquq sahəsində dərc olunmuş tədqiqatları barədə məlumatlar əks olunub. 

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Noyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri