Icma.az
close
up
RU
Kiberhücumların artmasına təsir edən məqamlar və prioritet mühafizə üsulları hansılardır?

Kiberhücumların artmasına təsir edən məqamlar və prioritet mühafizə üsulları hansılardır?

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Bu ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 290 kiberhücum indikatoru (IOC) müəyyən edib. “Report”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur. Kibertəhdidlərin 98-i daxili araşdırma, 192-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Bununla bağlı informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Demokrat.az-a açıqlama verib.
Onun sözlərinə görə, son illərdə bir çox qurumlarda və digər təşkilatlarda rəqəmsal xidmətlərə keçid sürətlənib:

“Bu isə həm yeni imkanlar yaratdığı kimi, həm də təhlükəsizlik risklərini də özü ilə gətirir. Onlayn xidmət və rəqəmsal əlaqələr kiberhücumlar üçün daha çox hədəf yaradır. Kiberhücumlar getdikcə daha mürəkkəb və inkişaf etmiş formalar alır. Kiber cinayətkarlar yeni texnologiyalar və metodlar istifadə edərək daha çox zəif nöqtələr tapmağa çalışır. Həm daxili, həm də xarici təhdidlər rəqəmsal sferanın böyüməsinə paralel olaraq artır. Daxili araşdırmalar vasitəsilə müəyyən edilən hücumlar, bəzən müəssisə daxilindəki əməkdaşların səbəb olduğu zəifliklərdən olma ehtimalı ola bilər. Xarici təhdidlər isə, xüsusilə geosiyasi vəziyyətlə əlaqədar artan kiber müharibə və rəqabətlə əlaqədar ola bilər”.
Ekspert kiberhücumların qarşısını almaq üçün görülən tədbirləri sadalayıb:
“Müvafiq kibertəhlükəsizlik sistemlərinin tətbiq edilməsi vacibdir. Müasir antivirus proqramları, firewall-lar və təhlükəsizlik alətləri istifadə edilməlidir.
Kiberhücumlardan qorunmaq üçün mütəmadi olaraq sistemlər monitorinq edilməlidir. Kibertəhlükəsizlik hadisələri erkən aşkarlanmalı və sürətlə cavab verilməlidir. Dövlət qurumları və şirkətlər öz məlumatlarını şifrələməli və məlumatların təhlükəsizliyini təmin etməlidir. Bu, məlumatın sızmasının qarşısını ala bilər. Dövlət qurumlarında və şirkətlərdə istifadəçilərə kibertəhlükəsizlik sahəsində təlimlər verilməli, şübhəli emaillər və digər şübhəli fəaliyyətlər barədə məlumatlandırılmalıdır. Kibertəhlükəsizlik tədbirləri daima yenilənməli və müasir təhlükəsizlik zəifliklərinə qarşı uyğunlaşdırılmalıdır. Dövlət qurumları və təşkilatlarda kibertəhlükəsizlik insidentlərinə qarşı sürətli cavab verə biləcək strategiyalar və planlar daim yenilənməlidir”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Aprel 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri