Icma.az
close
up
RU
Kibertəhlükəsizlik qanunvericiliyi təkmilləşdirilir

Kibertəhlükəsizlik qanunvericiliyi təkmilləşdirilir

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Ölkənin iqtisadi, sosial və digər sahələrində olduğu kimi informasiya təhlükəsizliyi sahəsi də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, möhtərəm cənab Prezidentin ali diqqət və qayğısı ilə daim əhatə olunmuşdur.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 10 avqust tarixli Fərmanı ilə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər təsdiq edilmişdir.

Bununla da Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi sahəsində yeni hüquqi mərhələnin başlanğıcı qoyulmuşdur.

İnformasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin xüsusi çəkiyə malik olduğu dövrdə məhz bu sahəni tənzimləyən hüquqi aktların təkmilləşdirilməsi barədə ölkə başçısı tərəfindən fərman qəbul edilməsi informasiya təhlükəsizliyi sahəsinə olan ali diqqət və qayğının bariz nümunəsidir.

Beynəlxalq təcrübə və qanunvericiliyin təhlili əsasında hazırlanmış dəyişikliklərə əsasən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tənzimləmə dairəsi genişləndirilərək informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı münasibətlər Qanunun tənzimlədiyi ictimai münasibətlərin dairəsinə daxil edilmişdir.

Dəyişikliklər çərçivəsində ilk dəfə “informasiya infrastrukturu”, “kibertəhlükəsizlik”, “kiberməkan”, “kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT)”, “Milli CERT”, “Dövlət Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (Dövlət CERT/GOV CERT”) və digər anlayışlar Qanunda təsbit olunmuşdur.

Yeni hüquqi mərhələnin ən vacib məqamlarından biri Dövlət Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (Dövlət CERT/GOV CERT) qanunvericilik səviyyəsində hüquqi statusunun müəyyənləşdirilməsidir. Müvafiq Fərmanla Dövlət CERT-in səlahiyyətləri informasiya təhlükəsizliyi sahəsində mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən həyata keçiriləcəkdir.

Dövlət CERT-in əsas fəaliyyət istiqamətlərinə dövlət informasiya infrastrukturlarının kibertəhdid, kiberhücum və kiberinsidentlərə qarşı fasiləsiz monitorinqinin aparılması, təhlükəsiz internet şəbəkəsi ilə təmin edilməsi, informasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması və səbəblərinin araşdırılması, insidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, habelə proaktiv informasiya təhlükəsizliyi tədqiqatlarının aparılması daxildir.

Bununla yanaşı, “gov.az” domen zonasına bənzədilərək yaradılmış saxta domenlərin aşkarlanması və monitorinqi də Dövlət CERT-in fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.

Dəyişikliklərin tətbiqi ilə bağlı növbəti mərhələdə bir sıra hüquqi aktların hazırlanması nəzərdə tutulur. Belə ki, Qanunun tətbiqi barədə Fərmana əsasən “Dövlət CERT”-in Əsasnaməsi, “Dövlət orqanlarına (qurumlarına), habelə mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə məxsus informasiya infrastrukturunun informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsi Qaydaları” hazırlanacaqdır.

Yeni hüquqi çərçivə dövlətin informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinə, informasiya təhlükəsizliyi üzrə institusional mexanizmlərin gücləndirilməsinə və dövlət informasiya sistemlərinə qarşı mümkün təhdidlərə daha çevik və koordinasiyalı şəkildə cavab verilməsinə imkan verəcəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Avqust 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see434

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see208

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see195

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see186

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see183

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see180

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see179

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see176

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri