Icma.az
close
up
RU
Kıbrıslı jurnalistin Azərbaycan sevgisi FOTO

Kıbrıslı jurnalistin Azərbaycan sevgisi FOTO

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kıbrıslı jurnalist: Quzey Kıbrısı Azərbaycan və Türkiyə ayaqda saxlayır

“Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Əbədi Birliyin Təminatçısı: Ulu Öndər Heydər Əliyev” adlı tədbir keçirilib. Tədbirin aparıcısı Quzey Kıbrıs Türk Cümhuriyyətini təmsil edən tanınmış jurnalist Serdar Şengül olub.

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Milli Məclisinin sədr müavini Musa Qasımlı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, qazilər, müharibə iştirakçıları, tanınmış siyasətçilər, elm və mədəniyyət xadimləri, həmçinin gənclər iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyev və Türk dünyasının şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan-Türkiyə himnlərinin səsləndirilməsi ilə başlanıb.

Çıxışında Serdar Şengül tədbirdə aparıcı olaraq iştirak etməyin onun üçün böyük qürur və sevinc olduğunu bildirib:

“Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş tədbirdə çıxış etmək mənim üçün şərəfdir. Azərbaycanda, xüsusilə də belə bir mötəbər tədbirdə Quzey Kıbrıs Türk Cümhuriyyətindən gəlmiş ilk aparıcı-jurnalist kimi çıxış etmək qürurvericidir.”

O, həmçinin Quzey Kıbrısın beynəlxalq aləmdə tək buraxıldığını, lakin Türkiyə və Azərbaycanın hər zaman arxalarında olduğunu qeyd edib:

“Bugün Quzey Kıbrıs Türk Cümhuriyyətini ayaqda saxlayan iki güclü dövlət – ana vətən Türkiyə və ata vətən Azərbaycan var. Bu bizə həm güvən, həm də güc verir.”

Serdar Şengül Azərbaycana olan sevgisindən də bəhs edib:

“Bundan sonra həyatımı bu gözəl ölkədə – gözəl Azərbaycanda davam etdirəcəyəm, burada işləyəcəyəm və bu qərarımdan dolayı çox xoşbəxtəm.”

Qeyd edək ki, Serdar Şengül 2022-ci ildə azərbaycanlı Ruziyyə Əkbərlə ailə həyatı qurub.

Könül Fətullayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 May 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see262

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see219

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri