Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Kiçik qəlbdə böyük Azərbaycan sevgisi VİDEO+FOTO

Kiçik qəlbdə böyük Azərbaycan sevgisi VİDEO+FOTO

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlərdə həm Azərbaycanda, həm də Türkiyədə kiçik uşaqların iki ölkəyə olan sevgisini göstərən videolar tez-tez qarşımıza çıxır. Bu isə o deməkdir ki, gələcəyimiz etibarlı əllərdədir və iki ölkənin birgə gələcəyi daha da möhkəmlənəcək.

Ötən günlərdə sosial media hesabıma bir video göndərildi. Videoda kiçik bir uşağın səmimi sözləri səslənirdi və bu məndə dərin təsir bağışladı. O, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun igidliyindən danışırdı. Ancaq bu, təkcə bir qəhrəmanın hekayəsini anlatmaq deyildi – eyni zamanda, Azərbaycanın hər qarışına duyulan sevginin ifadəsi idi. O uşağın adı Tuqkan Alp Şenol idi. On yaşlı bir məktəbli olaraq, Azərbaycana olan bağlılığını və qəhrəmanlıq ruhunu hər cümləsində hiss etdirirdi.

Tuqkan Ankara şəhərindəki Şəhid Mahmud Uslu İbtidai Məktəbinin 4-cü sinif şagirdidir. O, babalarının qəhrəmanlıq dolu keçmişini qəlbində daşıyır və bu sevgini hər fürsətdə dilə gətirir. Videoda onun səmimi şəkildə dediyi "Mübariz İbrahimovu çox sevirəm! O, Azərbaycanın qəhrəmanıdır" sözləri təkcə bir uşağın sevgisini deyil, bütöv bir xalqın azadlıq mübarizəsinə olan ehtiramını əks etdirirdi.

Bu video mənə yalnız bir uşağın qəhrəmanlıq hekayələrinə olan marağını deyil, həm də keçmişin izlərindən necə ilham aldığını göstərdi. Tuqkanın babalarının qəhrəmanlıq hekayələri onun qəlbində dərin izlər buraxıb və o, bu şanlı keçmişi yaşadaraq gələcəyə daşımağa qərarlıdır. O, təkcə qəhrəmanları anmaqla kifayətlənmir, həm də öz ailəsinin tarixini yaşadaraq Azərbaycana olan sevgisini hər kəsə çatdırır.

Tuqkanın ulu babası Ömər 1918-ci ildə Azərbaycanın erməni silahlılarından azad olunmasında iştirak edib, 1920-ci ildə rus işğalı zamanı əsir düşmüş, lakin əsarətdən qaçaraq yenidən azadlığına qovuşub. Tuqkan bu qəhrəmanlıq tarixini dinləyərkən yalnız keçmişin igidlərini tanımır, həm də onların yolunu davam etdirmək istəyir. Digər babası Hakverdi Satılmış isə 1991-ci ildə Ermənistanın Azərbaycana təcavüzü zamanı Türkiyədən gələn könüllü döyüşçülər sırasına qoşulub. O, məşhur "Rüzgar Timi"nin tərkibində Tovuz döyüşlərində iştirak edərək Azərbaycanın haqq savaşına dəstək verib.

Tuqkan babalarının mirasına sahib çıxaraq, Azərbaycana olan sevgisini hər fürsətdə dilə gətirir. Bir uşağın gözündən baxanda belə görünür ki, bu sevgi və qəhrəmanlıq ruhu o qədər güclüdür ki, bütün dünyaya yayılacaq qədər əhəmiyyət daşıyır. Onun söylədiyi hər kəlmədə Azərbaycana olan sevgi və igidlik anlayışı ön plana çıxır. Və bu sevgi, zaman keçdikcə daha da güclənəcək, onu babalarının yolunu davam etdirməyə ruhlandıracaq.

Bu video təkcə bir uşağın qəhrəmanlıq sevgisini deyil, həm də bir xalqın azadlıq uğrunda apardığı mübarizənin simvolunu özündə əks etdirirdi. Tuqkan, babalarının izindən gedərək, gələcəkdə bu qəhrəmanlıq tarixini daha da möhkəmləndirəcək və Azərbaycana olan sevgisini bütün dünyaya çatdıracaq.

Türkiyə və Azərbaycan insanları arasında bu sevgi doğuşdan başlayır. Biz sadəcə dost deyilik, biz qardaşıq! Bu sevgi bizim gələcəyimizə işıq tutacaq və iki ölkə arasındakı bağları daim möhkəmləndirəcək.

Nigar Ögeday

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Fevral 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri