Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Kiçik rayonlar böyük rayonlara birləşdirilsin! DEPUTAT

Kiçik rayonlar böyük rayonlara birləşdirilsin! DEPUTAT

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanda inzibati-ərazi bölgüsünün optimallaşdırılması ilə bağlı müzakirələr son günlər daha da aktuallaşıb. Belə ki, əhalisi 20-25 min nəfər, hətta bundan da az olan rayonların saxlanılmasının dövlət büdcəsinə əlavə yük formalaşdırdığı deyilir. Hər bir rayon üçün ayrıca icra strukturlarının, xəstəxanaların, məktəblərin, sosial xidmət və kommunal infrastrukturun maliyyələşdirilməsi xərcləri ciddi məbləğ təşkil edir. Hazırda ölkədə 64 rayonun mövcudluğu ərazicə kiçik Azərbaycan üçün həddindən artıq çox sayılır. Statistika göstərir ki, Xızı, Daşkəsən, Siyəzən, Oğuz, Zərdab kimi rayonlarda əhali sayı minimal həddədir və bu, idarəetmənin effektivliyinə təsir edir. Bu baxımdan rayonların sayının təxminən 50-yə endirilməsi ilə bağlı təkliflər gündəmə gətirilir.

Mövzu ilə Modern.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə qeyd edib ki, Azərbaycanda mərkəz tabeli şəhərlər, rayon tabeli şəhərlər və şəhər rayonları mövcuddur. Onun sözlərinə görə, ölkənin idarə edilməsi də məhz bu inzibati ərazi bölgüsünə uyğun şəkildə həyata keçirilir.

“İnzibati ərazi bölgüsünün özünəməxsus strukturları - icra hakimiyyətləri və digər paralel qurumlar idarəetmə mexanizmini tamamlayır və onun fəaliyyətini təmin edir. Zaman-zaman idarəetmə aparatının azaldılması ilə bağlı islahatlara ehtiyac olduğu barədə fikirlər səsləndirilir. Biz də hesab edirik ki, daha az komanda ilə idarəetməyə keçid və bununla maliyyə qənaətinə nail olunması məqsədəuyğundur”.

Deputat vurğulayıb ki, 14 iqtisadi rayon bölgüsü aparılarkən regional idarəetmə modelinə keçidin mümkünlüyü barədə müzakirələr də gündəmə gəlib:

“İstənilən vaxt idarəetmə sistemində islahatlara gedilməsi ehtimalı yüksəkdir. Azərbaycan Prezidentinin mövqeyi də bundan ibarətdir ki, hazırkı icra hakimiyyətləri keçmiş sovet dövründən qalan qurumlardır və onların yenilənməsinə ehtiyac var.

Bununla yanaşı, ölkədə Prezidentin səlahiyyətli nümayəndə institutu da formalaşıb ki, bu da idarəetmədə tətbiq olunan metodlardan biridir. Gələcək islahatların konkret istiqaməti zamanla bəlli olacaq. Lakin bizim təklifimiz ondan ibarətdir ki, regionların inkişafına xüsusi diqqət yetirilməlidir”.

Sədr müavini regional idarəetmədə kiçik rayonların böyük rayonlarla birləşdirilib bir mərkəzdən idarə olunması məsələsinin məqbul olduğunu da diqqət çəkib:

“Amma istənilən halda bu, ciddi araşdırma mövzusudur. Çünki, bir qərarla bunu həyata keçirmək doğru olmaz. Birləşmə elə aparılmalıdır ki, ümumilikdə həmin rayonların inkişafına xidmət etmiş olsun. Ümumilikdə isə mütəxəssislərin rəyi nəzərə alınmaqla buna gedilə, daha dəqiq söyləsək rayonlar birləşdirilə bilər”.

Yekun olaraq A.Əlizadə onu da əlavə edib ki, az əhalisi olan rayonlarda inkişaf səviyyəsinin artırılması, həmin rayonların iqtisadi imkanlarının genişləndirilməsi, vergi bazasının böyüdülməsi, eləcə də əhalinin məşğulluq problemlərinin həll edilməsi də prioritet istiqamətlər sırasındadır:

“Bunun üçün regionların inkişaf proqramı mövcuddur. Hesab edirəm ki, regionların icra strukturlarında və ümumilikdə idarəetmədə rol oynayan müvafiq qurumlarda ştat vahidlərinin azaldılması, daha kiçik komanda ilə idarəetməyə keçid həm qənaət yaratmaq, eləcə də idarəetmənin effektivliyini artırmaq baxımından məqsədəuyğundur. İslahatlar məhz bu istiqamətdə aparıla bilər”,- deyə deputat fikrini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see628

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see328

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see320

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see244

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see236

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see234

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see217

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see217

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see214

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see207

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see197

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see191

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see189

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see188

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see186

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see185

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see179

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see171

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see163

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri