Icma.az
close
up
RU
Kılıçdaroğlu CHP sədrliyinə QAYDASI OLMADI

Kılıçdaroğlu CHP sədrliyinə QAYDASI OLMADI

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu həftə Türkiyənin ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayı keçiriləcək.

Aprelin 6-da keçiriləcək qurultayda hazırkı CHP sədri Özgür Özəlin yenidən namizəd olacağı bildirilir.

Qurultayda partiyanın keçmiş sədri Kamal Kılıçdaroğlunun da namizədliyi müzakirə olunur. Həmçinin, Kılıçdaroğlunun başqa namizədi dəstəkləyə biləcəyi barədə xəbərlər yayılıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kılıçdaroğlu məsələ ilə bağlı açıqlama verib.

"Namizədliyim üçün imza toplayan, təkid edən, əməyi keçən bütün qardaş və bacılarıma təşəkkür edirəm", - o qeyd edib.

Kılıçdaroğlu bildirib ki, partiyanı daxili çəkişmələrə sürükləməmək üçün partiya sədrliyinə namizəd olmayacaq.

Qeyd edək ki, CHP daxilində bir qrup şəxs Kılıçdaroğlunun namizəd olması lazım olduğunu iddia edir və onun namizədliyini irəli sürmək üçün imza toplamağa başlayıb.

Bu adlar arasında ilk sırada Bakırköy bələdiyyəsinin keçmiş sədri Bülent Kərimoğlu  gəlir. O deyib ki, Kılıçdaroğlu partiyanın birliyini və bütövlüyünü qorumaq üçün CHP-nin keçirdiyi bu travmatik prosesdə üzərinə düşən vəzifəni öz üzərinə götürməlidir: "Bu mövzuda israr edir və çağırırıq".

Kərimoğlu Kılıçdaroğlunun namizədlik istəyinə biganə qala bilməyəcəyini bildirib: "Təxminən 600-ə yaxın nümayəndənin imzası və çağırışı ilə Kamal bəyə namizədliyini irəli sürməsi üçün təzyiq edirik. Cümə axşamı axşamına qədər işimizi davam etdirəcəyik. Hazırda çağırış üçün 450-500 imza toplamışıq və bunu 600-dən çox olanda, cənab Kamal bu çağırışa biganə qala bilməz. Cənab Kamal namizəd olmaq fikrində deyil, amma məsuliyyət daşıyır, partiyasının və ölkənin maraqlarını düşünür. Bu 600 imza toplandıqda, namizəd olmaq istəməsə belə, zorla evindən aparıb qurultay zalına aparıb, namizəd olması üçün təzyiq edəcəyik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Aprel 2025 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri