Kılıçdaroğlu CHP sədrliyinə dönmək üçün hazırlıqlara başladı
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu və komandası geri dönmək üçün hazırlıqlara başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “DW Türkçe” məlumatlı mənbələrə istinadla bildirib.
Nəşrin yazdığına görə, Kamal Kılıçdaroğlu CHP-nin 38-ci qurultayında pozuntu iddiası ilə bağlı iyunun 30-da keçiriləcək məhkəmənin yekun qərarını gözləyir.
“Kılıçdaroğlu və komandası bunu əsas götürərək, partiya rəhbərliyinə dönməyə hazırlaşır”, - sabiq sədrə yaxın mənbə nəşrə deyib.
Kamal Kılıçdaroğluna yaxın mənbə onun qayıdacağı təqdirdə partiyada tutacaqları yeni vəzifələrlə bağlı deputatları məlumatlandırdığını bildirib. Mənbə məhkəmənin qərarından asılı olmayaraq, CHP-nin yola hazırkı sədr Özgür Özəllə davam edə bilməyəcəyini iddia edib.
Xatırladaq ki, CHP-nin 38-ci qurultayı 4-5 noyabr 2023-cü il tarixlərində keçirilib. Qurultayda Özgür Özəl qalib gələrək, Kamal Kılıçdaroğlunun 13 illik sədrliyinə son qoyub.
Qurultaydan sonra səsvermədə pozuntu iddiası ilə cinayət işi açılıb. Ankara Baş Prokurorluğu tərəfindən aparılan və artıq yekunlaşan istintaqda Kamal Kılıçdaroğlu zərərçəkən kimi tanınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 03 İyun 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















