Kılıçdaroğlu söz verdi: “CHP ni quruluş kodlarına qaytaracağıq”
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Kamal Kılıçdaroğlu partiya üzvlərinə müraciət edərək bildirib ki, CHP əxlaqi dəyərlərini və üstün siyasi ənənəsini qorumaq məcburiyyətindədir.
O, “söz verirəm, CHP-ni quruluşundakı kodlara qaytaracağıq” ifadəsini işlədərək partiyada etik dəyərlərin gücləndiriləcəyini vurğulayıb.
Sherg.az xəbər verir ki, Kılıçdaroğlu həmçinin partiya daxilində bölücü və qarşıdurma yaradan açıqlamalardan uzaq durulmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, CHP liderləri arasında hörmət və dialoq mədəniyyəti qorunmalıdır və “münaqişəli mühit yaradılması doğru deyil”.
Kılıçdaroğlu partiyanın köklü və dövlət qurucu bir siyasi təşkilat olduğunu xatırladaraq, təşkilatda birlik və nizamın qorunmasının vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 23 May 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















