Icma.az
close
up
RU
Kilosu 4 manata başa gələn ətlər bu məkanlara göndərilirmiş

Kilosu 4 manata başa gələn ətlər bu məkanlara göndərilirmiş

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bəyin oğurlanması" filmində İsrafilin "Monqol dublyonkası gəlmişdi, monqol turistlər alıb apardı" zarafatı hamının yadındadır. Son günlər isə ölkəmizə Monqolustandan gətirilən ət məhsullarının artması ilə bağlı xəbərlər yayılıb.

Publika.az musavat.com-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə ət satışı ilə məşğul olan müxtəlif şəxslər bu ölkədən gətirilən ətləri reklam edir, bəzi restoranlarda həmin ətlə bişirilən yeməklər təklif olunur. Dövlət Gömrük Komitəsinin məlumatı da təsdiq edir ki, həqiqətən də Azərbaycan Monqolustandan ət idxalını kəskin artırıb. 2023-cü ildə Azərbaycan bu ölkədən cəmi 40 ton təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti idxal edib. 2024-cü ilin təkcə birinci rübündə ölkəmizə Monqolustandan 121 ton ət gətirilib. Məlumata görə, bu ətin kilosu Azərbaycana 4 manata gəlib çıxır.

Bəs bu məhsullara nəzarət və yoxlama necə həyata keçirilir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Monqolustan böyük qoyun əti ixracatçısıdır, bu ətlər ən çox İrana gedir: "Bu məhsul ekoloji təmiz hesab olunur. Əlbəttə, bu məhsul yerli Qarabağ qoyunları ilə eyni deyil. Merinos tipli qoyunlar müsəlman ölkələrinə ixrac olunur. Bu məhsulun gətirilməsi tam nəzarət altındadır. Oradakı qoyunçuluq təsərrüfatlarına da nəzarət edilir. Azərbaycana gətirilən məhsullara isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət edilir. Bu məhsullar əsasən restoranlara göndərilir. Az bir hissəsi sənayedə istifadə olunur. Bu ətlər açıq şəkildə az satılır. Ölkəmizə kilosu 12-13 manata gəlib çıxır. Qeyd edim ki, təxminən 5 ildən sonra ölkəmizə xaricdən qoyun əti gətirilməsinə ehtiyac olmayacaq. Çünki işğaldan azad edilmiş ərazilərdə heyvandarlıq geniş inkişaf edəcək".

Bəs Monqolustandan bu ətlərin ölkəmizə gətirilməsi daxili bazarda qiymətlərə necə təsir edəcək?

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, hansı ölkədən idxal edilməsindən asılı olmayaraq, bunun ölkəmizdə ət məhsullarının qiymətinə təsiri qeyri-mümkündür. Onun sözlərinə görə, həmin məhsullar keyfiyyət və dəyər baxımından yerli ət məhsullarından xeyli dərəcədə aşağıdır: "İdxal olunan ət məhsullarının 99 faizi emal prosesində istifadə olunmaq üçün gətirilir və dönərxanalara, pizza bişirilən yerlərə, kolbasa hazırlayan sexlərə, ictimai-iaşə obyektlərinə verilir. Çünki həmin məhsulların maya dəyəri aşağıdır. Hətta 7-8 manata aldığımız dönər məhsulunda istifadə olunan ət yerli istehsal deyil. Həmin dönərlərdə də xaricdən gələn ətlərdən istifadə olunur. Monqolustandan gətirilən ətin idxalı ucuz və daha asan başa gəlir. Belə məhsulları insanlar evlərində istifadə etmək üçün almır. Orta gəlirli vətəndaş çalışır ki, yerli istehsal olan və gözünün önündə qəssabın kəsdiyi əti alsın. Yerli ət məhsullarının isə qiyməti günbəgün qalxır".

İqtisadçının sözlərinə görə, ət məhsullarının istehlakında xaricdən bu qədər asılılıq ciddi siqnaldır: "Yerli heyvandarlıq kompleksi sürətlə məhvə doğru gedir. Örüş yerləri yox dərəcəsindədir. Pambıqçılığın inkişafı ilə bağlı atılan addımlar digər tərəfdən örüş yerlərinin azalmasına çox ciddi təsir göstərdi. Çünki pambıqçılığa ayrılan ərazilər kor-koranə şəkildə genişləndirildi. Nəticədə heyvanlar otlamağa yer tapmadılar. Fermerlər də məcbur oldular ki, heyvandarlığın başını buraxsınlar. İndi adi kəndçi həyətində heç bir baş mal-qara saxlamır. Ölkədə heyvandarlığın vəziyyəti çox böhranlıdır. Lakin 8-9 il bundan qabaq ölkəmizdə 90-95 faiz ət məhsulları yerli istehsala aid idi. İndi isə vəziyyət tamamilə dəyişib, ucuz ət idxalı ilə məşğul olan ölkələr axtarırıq. Belə getsə, Azərbaycanda gələn il ətin qiyməti 20 manat və daha yüksəyə qalxacaq. Halbuki 5-6 il bundan qabaq biz Türkiyə və Avropa ölkələrində ətin bu qiymətə satıldığını eşidəndə təəəcüblənirdik.

Bu vəziyyətdən çıxmaq üçün yeni heyvandarlıq komplekslərinin yaradılmasına çalışmalıyıq. Sahibkarlara dövlət dəstəyi lazımdır. Örüş yerlərinin sayı artırılmalıdır. Daha sonra yemin qiyməti azaldılmalıdır. Bu proses çoxdan başlayıb. Bəzən kəndliləri qınayırıq, deyirik ki, maldarlıqla məşğul olmaq istəmirlər, şəhərə köçürlər və s. Onları qınamağın yeri yoxdur. Bir ot bağlamasının qiyməti 5 manatdır. Kəndli onun ikisinə 10 manat verməlidir. Hər gün 10 manat xərcləmək isə ona sərf etmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://publika.az
archiveBu xəbər 06 Noyabr 2024 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri