Icma.az
close
up
RU
Kilosu 4 manata başa gələn ətlər əsasən restoranlara göndərilir

Kilosu 4 manata başa gələn ətlər əsasən restoranlara göndərilir

Icma.az bildirir, News24 portalına istinadən.

“Bəyin oğurlanması” filmində İsrafilin “Monqol dublyonkası gəlmişdi, monqol turistlər alıb apardı” zarafatı hamının yadındadır. Son günlər isə ölkəmizə Monqolustandan gətirilən ət məhsullarının artması ilə bağlı xəbərlər yayılıb.

Sosial şəbəkələrdə ət satışı ilə məşğul olan müxtəlif şəxslər bu ölkədən gətirilən ətləri reklam edir, bəzi restoranlarda həmin ətlə bişirilən yeməklər təklif olunur. Dövlət Gömrük Komitəsinin  məlumatı da  təsdiq edir ki, həqiqətən də Azərbaycan Monqolustandan ət idxalını kəskin artırıb. 2023-cü ildə Azərbaycan bu ölkədən cəmi 40 ton təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti idxal edib. 2024-cü ilin təkcə birinci rübündə ölkəmizə Monqolustandan 121 ton ət gətirilib. Məlumata görə, bu ətin kilosu Azərbaycana 4 manata gəlib çıxır.

Bəs bu məhsullara nəzarət və yoxlama necə həyata keçirilir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Monqolustan böyük qoyun əti ixracatçısıdır, bu ətlər ən çox İrana gedir: “Bu məhsul ekoloji təmiz hesab olunur. Əlbəttə, bu məhsul yerli Qarabağ qoyunları ilə eyni deyil. Merinos tipli qoyunlar müsəlman ölkələrinə ixrac olunur. Bu məhsulun gətirilməsi tam nəzarət altındadır. Oradakı qoyunçuluq təsərrüfatlarına da nəzarət edilir. Azərbaycana gətirilən məhsullara isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət edilir. Bu məhsullar əsasən restoranlara göndərilir. Az bir hissəsi sənayedə istifadə olunur. Bu ətlər açıq şəkildə az satılır. Ölkəmizə kilosu 12-13 manata gəlib çıxır. Qeyd edim ki, təxminən 5 ildən sonra ölkəmizə xaricdən qoyun əti gətirilməsinə ehtiyac olmayacaq. Çünki işğaldan azad edilmiş ərazilərdə heyvandarlıq geniş inkişaf edəcək”.

Bəs Monqolustandan bu ətlərin ölkəmizə gətirilməsi daxili bazarda qiymətlərə necə təsir edəcək?

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, hansı ölkədən idxal edilməsindən asılı olmayaraq, bunun ölkəmizdə ət məhsullarının qiymətinə təsiri qeyri-mümkündür. Onun sözlərinə görə, həmin məhsullar keyfiyyət və dəyər baxımından yerli ət məhsullarından xeyli dərəcədə aşağıdır: “İdxal olunan ət məhsullarının 99 faizi emal prosesində istifadə olunmaq üçün gətirilir və dönərxanalara, pizza bişirilən yerlərə, kolbasa hazırlayan sexlərə, ictimai-iaşə obyektlərinə verilir. Çünki həmin məhsulların maya dəyəri aşağıdır. Hətta 7-8 manata aldığımız dönər məhsulunda istifadə olunan ət yerli istehsal deyil. Həmin dönərlərdə də xaricdən gələn ətlərdən istifadə olunur. Monqolustandan gətirilən ətin idxalı ucuz və daha asan başa gəlir. Belə məhsulları insanlar evlərində istifadə etmək üçün almır. Orta gəlirli vətəndaş çalışır ki, yerli istehsal olan və gözünün önündə qəssabın kəsdiyi əti alsın. Yerli ət məhsullarının isə qiyməti günbəgün qalxır”.

İqtisadçının sözlərinə görə, ət məhsullarının istehlakında xaricdən bu qədər asılılıq ciddi siqnaldır: “Yerli heyvandarlıq kompleksi sürətlə məhvə doğru gedir. Örüş yerləri yox dərəcəsindədir. Pambıqçılığın inkişafı ilə bağlı atılan addımlar digər tərəfdən örüş yerlərinin azalmasına çox ciddi təsir göstərdi. Çünki pambıqçılığa ayrılan ərazilər kor-koranə şəkildə genişləndirildi. Nəticədə heyvanlar otlamağa yer tapmadılar.  Fermerlər də məcbur oldular ki, heyvandarlığın başını buraxsınlar. İndi adi kəndçi həyətində heç bir baş mal-qara saxlamır. Ölkədə heyvandarlığın vəziyyəti çox böhranlıdır. Lakin 8-9 il bundan qabaq ölkəmizdə 90-95 faiz ət məhsulları yerli istehsala aid idi. İndi isə vəziyyət tamamilə dəyişib, ucuz ət idxalı ilə məşğul olan ölkələr axtarırıq. Belə getsə, Azərbaycanda gələn il ətin qiyməti 20 manat və daha yüksəyə qalxacaq. Halbuki 5-6 il bundan qabaq biz Türkiyə və Avropa ölkələrində ətin bu qiymətə satıldığını eşidəndə təəəcüblənirdik.

Bu vəziyyətdən çıxmaq üçün yeni heyvandarlıq komplekslərinin yaradılmasına çalışmalıyıq. Sahibkarlara dövlət dəstəyi lazımdır. Örüş yerlərinin sayı artırılmalıdır. Daha sonra yemin qiyməti azaldılmalıdır. Bu proses çoxdan başlayıb. Bəzən kəndliləri qınayırıq, deyirik ki, maldarlıqla məşğul olmaq istəmirlər, şəhərə köçürlər və s. Onları qınamağın yeri yoxdur. Bir ot bağlamasının qiyməti 5 manatdır. Kəndli onun ikisinə 10 manat verməlidir. Hər gün 10 manat xərcləmək isə ona sərf etmir.

Bu sahədə vəziyyət uçuruma doğru gedir. Belə getsə, marketlərdə ancaq xaricdən gəlmə ət tapa biləcəyik. Tədbir görülməsə, bizi Avropa ölkələrinin taleyi gözləyir".

Ekspert Natiq Cəfərli isə bildirib ki, yerli istehsalın azalması qiymətlərə ciddi təsir edir. Onun sözlərinə görə, son illərə nəzər saldıqda Azərbaycanda iribuynuzu və xırdabuynuzlu heyvanların say artımı müşahidə olunmur: “Bunun da ən böyük səbəblərindən biri ondan ibarətdir ki, bir neçə il öncə pambıqçılığın inkişafı ilə bağlı qərar verilərkən regionlarda bu qərarın yerinə yetirilməsi qüsurlu oldu. Örüş yerləri və mal-qara üçün yem bazası kimi nəzərdə tutulmuş yerlərdə pambıq əkdilər. Nəticədə mal-qaranın yem bazası azaldı və yemin qiyməti kəskin artdı. Yem qiymətlərinin artması isə bir çox fermerləri bazardan çıxmağa vadar etdi. Kiçik sahibkarlar və fermerlər bu işlə məşğul olmaqdan vaz keçdilər. Digərləri də yemi baha aldıqlarına və xərcləri çoxaldığına görə ətin qiymətini artırdılar”.

"Yeni Müsavat"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Noyabr 2024 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see262

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see228

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see212

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see182

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see176

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see173

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see142

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see139

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see135

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see131

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see130

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see129

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see125

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see123

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see119

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see116

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri