Icma.az
close
up
RU
Kilsə ilə savaş: Paşinyanın planı budur

Kilsə ilə savaş: Paşinyanın planı budur

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində Baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında münasibətlərin kəskin şəkildə gərginləşməsində iki əsas məqam ön plana çıxır: kilsənin ölkə siyasətinə təsirini qorumaq istəyi və Rusiyanın kilsə üzərindən İrəvana təsir imkanları.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Ermənistan hökuməti ilə kilsə arasında artan gərginliyi şərh edərkən deyib.

Ekspert bildirib ki, Ermənistan Apostol Kilsəsi tarixən həm daxili, həm də xarici siyasətə ciddi təsir göstərib və bu təsiri qorumağa çalışır:

“Kilsə öz ideoloji nəzarətini saxlamaq, ölkənin xarici siyasətinə təsir göstərmək niyyətindədir. Tarixən Ermənistan kilsəsi dövlətin siyasətinə yön verən institut olub. Paşinyan isə əksinə, bu təsiri zəiflətmək, Ermənistanı ənənəvi şovinist və irredentist siyasətdən uzaqlaşdırmaq istəyir. O, “böyük Ermənistan” xülyasından imtina edib, diqqəti real, 29 min kvadrat kilometrlik Ermənistanın inkişafına yönəltməyə çalışır. Paşinyan bu məqsədlə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına can atır, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul edir və regionda sülhün bərqərar olmasına yönəlmiş siyasət aparır. Paşinyan Türkiyədəki erməni abidələrinin bərpasına diqqət yetirir, yeni “soyqırım” memoriallarının qoyulmasına qarşı çıxır. Bu onun regionda əməkdaşlıq və sülh xəttinə sadiqliyini göstərir. Lakin illərlə formalaşmış antitürkiyə və antiazərbaycan təbliğatı, həmçinin kilsənin bu istiqamətdəki mövqeyi Paşinyanın siyasəti ilə ziddiyyət təşkil edir”.

Politoloq qeyd edib ki, qarşıdurmanın ikinci mühüm tərəfi kilsənin rusiyayönlü mövqeyi ilə bağlıdır:

“Ermənistan kilsəsi tarixən Rusiya ilə sıx əlaqələrə malik olub. Kilsə daxilində Moskvanın təsiri altında olan çoxlu sayda din xadimi var. Paşinyan isə Rusiyadan uzaqlaşmaq, Qərbə inteqrasiya olunmaq istəyir. Bu, təbii ki, həm Moskvanın, həm də ona yaxın daxili qüvvələrin narazılığına səbəb olur”.

Rzayev vurğulayıb ki, Rusiyanın dəstəklədiyi siyasi dairələr, o cümlədən Köçəryan–Sərkisyan klanı, yeni ortaya çıxan oliqarx Samvel Karapetyan və kilsə Paşinyana qarşı ortaq cəbhə formalaşdırıblar:

“Bu qüvvələr, eləcə də Rusiyaya bağlı olan kilsə Paşinyanın Qərbyönlü siyasətinə mane olmaq istəyirlər. Nəticədə ölkədə Paşinyanla kilsə arasında açıq qarşıdurma yaranıb. Məsələn, vaxtilə Baqratın Paşinyana qarşı dini yürüş elan etməsi, kilsə rəhbərliyinin hökumət əleyhinə aksiyaları dəstəkləməsi bu ziddiyyətin bariz nümunəsidir”.

Ekspert hesab edir ki, Paşinyan həm daxili, həm də xarici səviyyədə iki cəbhədə mübarizə aparır:

“Bir tərəfdən o, kilsənin dövlət üzərindəki təsirini zəiflətməyə, digər tərəfdən isə Rusiyanın Ermənistan siyasətinə təsir imkanlarını məhdudlaşdırmağa çalışır. Faktiki olaraq, kilsənin nüfuzunu zəiflətməklə Paşinyan Rusiyanın Ermənistandakı təsirini də azaltmaq istəyir”.

Turab Rzayevin fikrincə, növbəti seçkilərdə bu qarşıdurma daha açıq şəkildə özünü göstərəcək:

“Rusiya tərəfindən yönləndirilən oliqarxlar, siyasətçilər və kilsənin dəstəklədiyi dairələr Paşinyana qarşı birləşəcəklər. Qərb isə açıq şəkildə Paşinyanı dəstəkləyir. Beləliklə, Ermənistanda gedən bu proses faktiki olaraq Qərb və Rusiya arasında yeni bir siyasi qarşıdurma müstəvisinə çevrilib. Necə ki, biz bu cür ssenariləri Gürcüstan və Moldovada gördük, indi eyni vəziyyət Ermənistanda yaşanacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Oktyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see295

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see262

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see250

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see249

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see248

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see241

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see230

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see224

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see223

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see212

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see208

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see206

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see197

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

28 İyul 2026 09:05see196

Anqolalı vinger “İmişli”də

27 İyul 2026 22:21see191

Qobustanda yeni avtomobil körpüsü tikildi

27 İyul 2026 21:02see190

“Fənərbaxça”dan Leao üçün rəsmi addım

28 İyul 2026 00:21see185

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

28 İyul 2026 15:58see184

Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!

27 İyul 2026 20:44see183

Qarpızı hansı aylara qədər yemək məsləhətdir?

28 İyul 2026 02:02see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri