Icma.az
close
up
RU
Kilsə, Kreml və Paşinyan: Ermənistanın daxili siyasi balansı dəyişir

Kilsə, Kreml və Paşinyan: Ermənistanın daxili siyasi balansı dəyişir

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan parlamentinin yeni tərkibdə ilk iclasına II Qareginin dəvət olunmaması ölkədə kilsə ilə hakimiyyət arasında münasibətlərin əvvəlki mərhələdən fərqli istiqamətə keçdiyini göstərən mühüm siyasi siqnal kimi qiymətləndirilir. Bu addım Paşinyan hakimiyyətinin Bakı və Ankara ilə münasibətlərin normallaşdırılması, eləcə də, Ermənistanın xarici siyasətində daha müstəqil kurs formalaşdırmaq niyyəti ilə əlaqələndirilir.Ermənistan parlamentinin açılış mərasimində katolikosun iştirak etməməsi Paşinyanın dövlət institutlarını kilsənin tarixi-siyasi təsirindən ayırmaq cəhdi kimi qiymətləndirilə bilərmi və bu addım ölkədaxili legitimlik böhranı yarada bilərmi?

Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan parlamentinin yeni tərkibdə ilk iclasında II Qareginin dəvət olunmaması əslində ölkə daxilində dövlət–kilsə münasibətlərindəki gərginliyin hansı həddə olduğunu göstərir. Məlumdur ki, Ermənistan tarixində Apostol Kilsəsi yalnız dini institut funksiyasını yerinə yetirmir, eyni zamanda milli kimliyin formalaşmasında və ictimai-siyasi proseslərdə mühüm rol oynayan aktorlardan biri kimi çıxış edir. Buna görə də katolikosun parlamentin açılış mərasimindən kənarda qalması sadə məsələ deyil. Bu, faktiki olaraq hakimiyyətin dövlət institutları ilə dini qurumlar arasındakı münasibətlərə yeni çərçivə vermək cəhdidir.

Baş nazir Nikol Paşinyan hakimiyyətinin son illərdə həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri Ermənistanın xarici siyasətində daha praqmatik və balanslı yanaşma formalaşdırmaqdır. Bakı və Ankara ilə münasibətlərin normallaşdırılması, regional kommunikasiyaların açılması və uzunmüddətli sülh gündəliyinin irəli aparılması bu kursun əsas elementləridir və əslində Ermənistanın öz maraqları baxımından da vacib olan məsələlərdir. Bu baxımdan kilsənin ənənəvi olaraq daha millətçi və şovinist mövqelərlə əlaqələndirilən siyasi təsir imkanlarının məhdudlaşdırılması hakimiyyətin daxili və xarici siyasət prioritetlərini uyğunlaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər.

“Azərbaycan və Türkiyənin əsas gözləntiləri ilk növbədə dayanıqlı sülhün təmin olunması, qarşılıqlı ərazi bütövlüyünün hüquqi müstəvidə də tanınması, yəni Konstitusiyadan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılması, eləcə də regional əməkdaşlıq imkanlarının yaradılması ilə bağlıdır. Bununla yanaşı, uzunmüddətli sabitlik üçün yalnız siyasi sənədin imzalanması kifayət etmir. Ermənistanın konstitusion yanaşmaları, təhlükəsizlik konsepsiyası və qonşu dövlətlərlə münasibətlərə təsir edən bəzi ideoloji yanaşmalar da regional etimad mühitinə təsir edən amillərdir. Bu səbəbdən Bakı və Ankara üçün əsas məsələ Ermənistanın praktiki siyasətində sülh və əməkdaşlıq xəttinin möhkəmlənməsidir.

Kilsə ilə hakimiyyət arasındakı qarşıdurmanın güclənməsi isə Paşinyan hökuməti üçün daxili siyasi risklər yarada bilər. Ermənistan cəmiyyətinin müəyyən hissəsi əvvəlki qədər olmasa da, hələ də kilsəni milli-mənəvi dəyərlərin qoruyucusu kimi qəbul edir. Buna görə də dini institutun siyasi çəkisinin azaldılması cəmiyyətin müəyyən hissəsində narazılıq doğura bilər. Amma hakimiyyətin və o cümlədən hakimiyyət tərəfdarlarının bu addımı müasir, dünyəvi dövlət modelinin gücləndirilməsi kimi təqdim edəcəyinə də şübhə yoxdur”, – deyə əlavə edib.

Politoloqun fikrincə, əslində hakimiyyətlə kilsə arasında olan qarşıdurma Ermənistanın Rusiya ilə münasibətlərində baş verən dəyişikliklərin də tərkib hissəsi hesab oluna bilər. Çünki erməni Apostol Kilsəsi hazırda faktiki olaraq Rusiyanın “beşinci kolonu” qismində çıxış edir və Moskva hesab edir ki, İrəvanın Rusiyanın ənənəvi təsir dairəsindən uzaqlaşaraq Avropa, ABŞ, Türkiyə və Azərbaycanla daha fəal əməkdaşlıq xətti götürməsi Cənubi Qafqazda qüvvələr balansına təsir göstərə bilər.

“Rusiya üçün Ermənistan uzun müddət regiondakı əsas strateji dayaqlardan biri olub. İrəvanın xarici siyasətinin diversifikasiyası Moskvanın hərbi-siyasi təsir imkanlarını azalda, eyni zamanda regionda yeni diplomatik formatların yaranmasına səbəb ola bilər.

Odur ki, II Qareginin parlament mərasimindən kənarda qalması əslində daha geniş siyasi transformasiyanın simvolik göstəricisi kimi qiymətləndirilməlidir. Real dəyişikliklər isə yalnız institusional addımlarla deyil, Ermənistanın qonşuları ilə münasibətlərində həyata keçirdiyi konkret siyasət və qəbul etdiyi qərarlarla ölçüləcək. Cənubi Qafqazda davamlı təhlükəsizlik qarşılıqlı etimadın formalaşması, sülh sazişinin reallaşdırılması və region dövlətlərinin yeni əməkdaşlıq modelinə uyğunlaşmasından keçir”, – deyə o vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Avqust 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see555

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see523

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see365

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see269

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see268

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see243

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see243

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see236

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see233

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see230

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see210

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see208

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see202

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see202

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see201

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see199

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see197

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri