Icma.az
close
up
RU
“Kim düşmən münasibət bəsləyirsə, yeri göstərilməlidir” VHP sədrindən SƏRT SÖZLƏR

“Kim düşmən münasibət bəsləyirsə, yeri göstərilməlidir” VHP sədrindən SƏRT SÖZLƏR

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sabir Rüstəmxanlı: "İlham Əliyevin Məsud Pezeşkian haqda "eyni qanı daşıyırıq" deməsi ondan xəbər verir ki..."

Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə regiondakı yeni geosiyasi reallıqlar fonunda xüsusilə diqqət çəkib. Dövlət başçısı İranla münasibətlərdən, Zəngəzur dəhlizindən və yayılan dezinformasiyalardan ətraflı danışıb. Prezident qeyd edib ki, İran Prezidenti ilə çox yaxşı işgüzar və dostluq münasibətləri qurulub. Xatırladıb ki, İran Prezidenti Azərbaycana iki dəfə səfər edib: biri rəsmi səfər, digəri isə azad edilmiş Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak olub. İlham Əliyev həm də maraqlı detalı vurğulayıb: “O, mənim kimi eyni qanı daşıyır, biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyac yoxdur”. 

Bu məqam iki ölkə liderləri arasında mədəni və mənəvi yaxınlığı göstərən simvolik bir mesaj kimi dəyərləndirilir. Prezidentin sözlərinə görə, Azərbaycan siyasətini yalnız İranın rəsmi mövqeyi - yəni prezidentin və xarici işlər nazirinin açıqlamaları əsasında qurur. Müxtəlif keçmiş rəsmilərin və ya müşavirlərin səsləndirdiyi iddialara isə Bakı əhəmiyyət vermir: “Onların dediklərinin bizim üçün əhəmiyyəti sıfırdır”.

Prezident İlham Əliyev İran mətbuatında və bəzi dairələrdə yayılan şayiələrə də münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycanın nə İran-Ermənistan sərhədini bağlamaq, nə də Zəngəzuru işğal etmək kimi bir niyyəti olub: “Əgər etmək istəsəydik, bunu 2020-ci ilin noyabrında çox asanlıqla edə bilərdik. Sadəcə, 40 kilometr məsafədir. Amma belə bir planımız olmayıb”.

Siyasi analitiklər bu açıqlamanı həm İrana, həm də regiondakı digər tərəflərə birbaşa mesaj kimi dəyərləndirir: Zəngəzur dəhlizi əməkdaşlıq üçün yeni imkan kimi nəzərdə tutulub, təhdid elementi deyil.

Mövzu ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a qeyd edib ki, Azərbaycan Prezidentinin həm güclü lider, həm son dərəcə bacarıqlı siyasətçi, diplomat, həm də təcrübəli iqtisadçı olması, beynəlxalq münasibətləri dərindən anlaya bilməsi onu sevənlər, hətta sevməyənlər tərəfindən də etiraf edilir: “Dəfələrlə bunu müşahidə etmişik - həm Rusiya, həm də dünya mətbuatında. Son illərdə demək olar ki, hər bir geniş müsahibəsi ilə o, dinləyicilərini və oxucularını təəccübləndirməkdə davam edir.

Sonuncu ərəb telekanalına verdiyi müsahibə də həmin geniş, sanballı müsahibələrdən biridir. Burada təkcə Azərbaycan, Qarabağ, Azərbaycan-Ermənistan münasibətləri, Qarabağdakı quruculuq işləri və ya ABŞ-nin prezidenti Trampın başçılığı ilə Azərbaycan və Ermənistan arasında bağlanan müqavilədən söhbət getmir. Burada, ümumiyyətlə, həm Şərq-Qərb, həm Şimal-Cənub, həm müsəlman dünyası, həm də Türk dünyası ilə bağlı çox sayda maraqlı suallar var və bu suallara verilən cavablar da son dərəcə maraqlıdır. Hər bir sahə haqqında Prezidentin dedikləri dərindən analiz olunanda görünür ki, o, sahələrin bütün incəliklərini bilir və fikirlərini cəsarətlə ifadə edir. Yəni Ali Baş Komandan kimi cəsarətli, diplomat kimi də sözünü qətiyyətlə deyir".

S.Rüstəmxanlı deyib ki, xüsusilə onun “qurbağalarla dolu bataqlıq mətbuatı” ifadəsi çox ləzzətlidir, çünki bu, yalnız beynəlxalq aləmə aid deyil: “Dünyanın müxtəlif yerlərində biz də illər uzunu belə "bataqlıq qurbağaları"nın şahidi olmuşuq və oluruq. Bu proses davam edir. Bunlar açıq deyilməsə də, kim bizə düşmən münasibət bəsləyirsə, onun yeri göstərilməlidir və bunun başqa adı yoxdur. Ona görə də mən müsahibəni çox bəyəndim və böyük qürur hissi ilə oxudum".

S.Rüstəmxanlının fikrincə, İlham Əliyevin Pezeşkian haqda dediyi fikirlər onun məsələlərə necə diqqətlə və həssaslıqla yanaşdığını göstərir: “Doğrudan da Pezeşkian bir Azərbaycan türküdür və İlham Əliyev deyir ki, "biz eyni qanı daşıyırıq və bir millətin övladlarıyıq". Onlar öz ana dillərində danışırlar. Pezeşkian İranda da ara-sıra Azərbaycan dilinə müraciət edir. Bu artıq normal bir vəziyyətə çevrilir və İrandakı fars-şovinist ənənələrini yavaş-yavaş sarsıtmaq, yeni düşüncə sistemi yaratmaq işinə xidmət edir. Nəticəsi necə olacaq, bunu həyat göstərəcək. İranda illər uzunu televiziyalarda Azərbaycan rəsmiləri və ziyalıları haqqında yalan və böhtanlar yayıblar. Məsələn, aylar öncə Azərbaycana qarşı iddia irəli sürüldü ki, ölkəmiz İsrail-İran müharibəsində İsrailə dəstək verib və İranın əleyhinə hərbi müdaxilə olunub. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, Azərbaycan tərəfi bu müharibədə İran qarşı heç bir hərbi müdaxilə və ya proses həyata keçirməyib. Yəni etiraf edildi ki, Azərbaycanın mövqeyi düzgün olub və bu məlumat İran cəmiyyətinə çatdırılıb. Bunu ən yaxşı bilən İran rəsmiləridir - mətbuat və düşmən olanların nə dediyi əhəmiyyətli deyil, rəsmi İran yanaşması bu məsələni ciddi şəkildə təsdiqləyir və Prezident bunu yaxşı bilir. Ona görə də ölkələr arasında münasibətlərin məsuliyyətli şəkildə qurulmasını həm İran, həm də Azərbaycan üçün təmin edir və dünyaya bəyan edir. Bu, İranla qonşuluq və dostluq münasibətlərinin daha da genişlənməsinə şərait yaradır".

S.Rüstəmxanlı İlham Əliyevin logistika məsələləri ilə bağlı, xüsusilə Zəngəzur dəhlizi barədə dediklərinə də diqqət çəkib: “O, tarixi ekskursiya ilə izah edir - Zəngəzurun niyə Azərbaycan tərəfindən alındığını, sovet dövründə dəhlizə ehtiyac olmadığını, amma indi niyə zəruri olduğunu və bunun niyə həyata keçirilməli olduğunu dəqiq əsaslarla açıqlayır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidentinin mövqeyi, sadəcə, dövlətin maraqlarını qorumaqla kifayətlənmir, həm də haqqa, ədalətə və tarixi reallıqlara söykənir. Fikrimcə, hər bir ölkə vətəndaşı öz prezidentinin həm diplomatik, həm də tarixi biliklərlə zəngin müsahibəsini oxuyanda qürur hissi keçirməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Avqust 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see278

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see264

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see251

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see195

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see169

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see166

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see165

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see134

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see134

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see133

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see132

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see131

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see130

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri