Kim Min Ce Rəhimovun uğurunu təkrarladı
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bayern Münhen"in müdafiəçisi Kim Min Ce Rusiya təmsilçisi "Rubin"in baş məşqçisi Rəşid Rəhimovun Çempionlar Liqasındakı uğurunu təkrarlayıb.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, Liqa mərhələsinin V turunda PSJ ilə matçda Münhen təmsilçisinin yeganə qolunu vuran 28 yaşlı cənubi koreyalı oyunçu Fransa nəhənginin qapısına yol tapan ikinci asiyalı olub.
Tacikistandan olan Rəhimov indiyə qədər ən nüfuzlu klub turnirində parislilərin qapısına qol vuran yeganə asiyalı futbolçu idi. O, bunu 1994-cü ildə "Spartak"ın (Rusiya) heyətində oynayarkən həyata keçirmişdi. Moskvada baş tutan görüş "qırmızı-ağlar"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı.
Qeyd edək ki, "Bayern" - PSJ matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 27 Noyabr 2024 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















