Kimi Antonelli İspaniya Qran prisinin qalibi olub KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
İtaliyalı “Mercedes” pilotu Kimi Antonelli 2026-cı il mövsümündə “Formula-1” üzrə dünya çempionatının 14-cü mərhələsi olan İspaniya Qran-prisinin qalibi olub. Yarış “Madrinq” şəhər trasında keçirilib.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, ikinci yeri Niderlandı təmsil edən Maks Ferstappen (“Red Bull”) tutub. İlk üçlüyü britaniyalı Lando Norris (“McLaren”) tamamlayıb.
İspaniya Qran-prisi ilk dəfə Madriddə keçirilib. 1991-ci ildən etibarən mərhələyə Barselonadakı avtodrom ev sahibliyi edib. İspaniya Qran-prisində qələbələrin sayına görə rekord yeddiqat dünya çempionları – almaniyalı Mixael Şumaxer və britaniyalı Lyuis Hemiltona məxsusdur. Onların hər birinin hesabında altı qələbə var. Lakin “Ferrari”də çıxış edən Hemilton əyləclərində yaranan problem səbəbindən yarışı vaxtından əvvəl başa vurub. Pilot yeddinci dövrədə yarışı dayandırmağa məcbur olub.
Növbəti mərhələ sentyabrın 24-dən 26-dək Bakıda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 13 Sentyabr 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















