Icma.az
close
up
RU
“Kiminsə haqqında “öldü” yazanda dərhal etirazlar gəlir”

“Kiminsə haqqında “öldü” yazanda dərhal etirazlar gəlir”

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda keçirilən konfrans çərçivəsində ikinci panel sessiya “Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları” mövzusuna həsr olunub.

“Qafqazinfo” xəbər verir ki, sessiyanın moderatoru Medianın İnkişafı Agentliyinin İcraçı Direktorunun müavini Natiq Məmmədli olub.

Paneldə çıxışçılar qismində “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı, jurnalist Seyfəddin Hüseynli və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı iştirak ediblər.

Müzakirələr zamanı vurğulanıb ki, qloballaşma, rəqəmsal kommunikasiya, sosial media trendləri və sürətlə dəyişən informasiya mühiti fonunda Azərbaycan dilinin ədəbi normalarının qorunması strateji əhəmiyyət daşıyır.

Qeyd olunub ki, bu istiqamətdə media nümayəndələrinin məsuliyyətinin artırılması, metodoloji yanaşmaların təkmilləşdirilməsi, dil monitorinq mexanizmlərinin genişləndirilməsi, həmçinin təlim və maarifləndirmə təşəbbüslərinin gücləndirilməsi vacibdir.

Diqqətə çatdırılıb ki, Azərbaycan dili əsrlərin sınağından keçmiş, milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir. Dildə saflığın qorunması, ədəbi norma və üslubi xüsusiyyətlərə riayət olunması hər bir vətəndaşın, xüsusilə ictimai fikir formalaşdıran media nümayəndələrinin əsas vəzifələrindəndir.

“APA Holding”in rəhbəri Vüsalə Mahirqızı çıxışında bildirib ki, mediada dilin saflığının qorunması, ifadələrin və idiomların düzgün işlədilməsi olduqca vacibdir, lakin reallıqda bu, hər zaman yüz faiz mümkün olmur:

“Ədəbiyyatda və ya ədəbi materiallarda olduğu kimi, ifadələri və deyimləri tam yerində və mükəmməl şəkildə işlətmək, əlbəttə, mümkün deyil. Kim bu peşəkarlığa yüzdə yüz əməl etdiyini deyirsə, bu, yanlışdır. Amma ən narahatedici məqam budur ki, bəzi üslub səhvləri artıq normaya çevrilib”.

O əlavə edib ki, bəzi hallarda dilin təbii ifadə gücü süni şəkildə məhdudlaşdırılır:

“Məsələn, “ölmək” sözü Azərbaycan mediasında az qala yasaq ifadəyə çevrilib. Kiminsə haqqında “öldü” yazanda dərhal etirazlar gəlir. Amma bu, dilimizdə tam normal və doğru sözdür. Əvəzində “dünyasını dəyişdi”, “həlak oldu” kimi ifadələrdən istifadə olunur. Halbuki biz dilin təbiiliyini və ifadə gücünü qorumağa çalışmalıyıq. Azərbaycan dili üçün süni intellekt əsaslı imla və üslub səhvlərini yoxlayan sistemin yaradılmasına ehtiyac var. Dövlət dili haqqında qanunda bu istiqamətdə normativlərin müəyyənləşdirilməsi vacibdir. Dünyanın bir çox qabaqcıl ölkələrində dil normalarının pozulmasına görə cərimələr mövcuddur”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında qeyd edib ki, sosial medianın inkişafı və informasiya axınının sürətlənməsi klassik medianın mövqeyinə təsir etsə də, qəzetlər öz varlıqlarını qoruyub saxlamalıdır:

“Bu gün Azərbaycan mətbuatı, xüsusilə də klassik mətbuat ənənələri sosial media mühitində öz təsirini müəyyən qədər itirsə də, hələ də böyük dəyər daşıyır. Hesab edirəm ki, Azərbaycanda klassik media ənənələri yaşamalıdır. Çünki qəzetlər təkcə informasiya vasitəsi deyil, həm də düşüncə mədəniyyətidir. Bəzən oxucu auditoriyası azalsa da, bu nəşrlər milli informasiya tariximizin əsas dayaqlarıdır. Qəzetlərin yaşadılması və onların fəaliyyətinin dəstəklənməsi üçün yeni yanaşmalar tapılmalıdır. Bu sahədə müxtəlif variantlar mövcuddur, lakin əsas məsələ qəzetlərin gündəlik olaraq ictimai rəyə təsir imkanlarını qorumaqdır. Sosial mediada fikir bildirmək asandır, amma bu, qəzetdə yazılan analitik sözün dəyərini əvəz etmir. Biz bu dəyərləri yaşatmalı və onları gələcək nəsillərə ötürməliyik”.

Jurnalist Seyfəddin Hüseynli paneldə çıxışı zamanı qeyd edib ki, Azərbaycan dilinin işlənməsi və düşüncə tərzinin formalaşması məsələsində nəsillərarası fərq artıq daha qabarıq şəkildə hiss olunur:

“O nəsil ki, onun böyük bir qismi mediada və yaradıcılıq sahəsində fəaliyyət göstərir, Azərbaycan dilində səlis yazıb düşünə bilir. Amma yeni nəsil üçün bu, getdikcə çətinləşir. Mən gənclərə, xüsusilə də yazı prosesində olmayanlara demək istəyirəm ki, dilə münasibət, onun üzərində düşünmək, onu hiss etmək çox vacibdir. Təəssüf ki, bəzən bizdə yazının forması, quruluşu yerində olsa da, fikir zəif olur. Fikrən dolğun olmayan, sadəcə formaca düzgün yazılar çoxalır”.

Seyfəddin Hüseynli bildirib ki, bəzi müəlliflərin elmi titulları və mövqeləri onlara dil üzərində tənqidi baxışdan uzaq qalmağa imkan verir:

“Bəzən elə müəlliflər var ki, onların yazıları dilin inkişafına xidmət etmir. Amma bu barədə açıq danışmaq, təəssüf ki, hər zaman mümkün olmur. Digər tərəfdən, gənc nəsildə vəziyyət bir qədər fərqlidir. Onlar daha yenilikçi düşüncə tərzinə malik olsalar da, çoxu artıq təhsil aldığı illərdən etibarən ana dilindən uzaqlaşıb. Bunun nəticəsində onların düşüncə, yazı və nitq vərdişləri başqa dillər üzərində formalaşıb. Bu, həm dilin saflığına, həm də onun gələcək nəsillərə ötürülməsinə təsir edir”.

Lamiyə Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri