Icma.az
close
up
RU
“Neməti kiminsə əlində bir vasitə, “kiminsə adamı” hesab edirəm…” Tanınmış yazıçı... ARXİV

“Neməti kiminsə əlində bir vasitə, “kiminsə adamı” hesab edirəm…” Tanınmış yazıçı... ARXİV

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Bizə, yəni artist Mikayıl Mirzəyev və şair Sabir Rüstəmxanlıya meydana gedib, orada camaatı sakitləşdirmək həvalə edilmişdi...”

...Milli Dirçəliş Gününün əsasının qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...

Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...

Beləliklə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakının indi “Azadlıq” adlanan o vaxtkı Lenin adına meydanda davam edən Meydan Hərəkatı Nazirlər Sovetinin sədr müavini Artir Rasizadənin qərarı(əslində razılığıyla) dağıdıldıqdan sonra onun fəal liderləri və iştirakçıları həbs edilərək, yaxud şahid qismində dəvət edilərək Moskvadan gəlmiş SSRİ “KQB” müstəntiqləri tərəfindən ifadələri alınmağa başlandı...

Ənvər Əliyev “Meydan sirləri” adlı kitabının 294-cü səhifəsində sonradan müstəqillik dövründə böyük çətinliklə arxivlərdən əldə etdiyi istintaq materialları əsasında  bunları təqdim edir:  

(Əvvəli burada: )

“Vidadi Babanlı. ( Yazıçı ) 4 aprel 1989-cu il.

Mən mitinqin necə təşkil olunması barədə heç nə bilmirəm. Televiziyada translyasiya edildiyi üçün onun qanuni olduğunu zənn edirdim. Ayın 18-də «Abşeron» mehmanxanasının «Şərq»  zalında oğlumun toyu idi. Mən onda pəncərədən çoxlu adam yığnağını və tonqalları aydın görürdüm. Meydanda iki dəfə: birinci dəfə Bakı şəhər partiya komitəsinin, ikinci dəfə isə Mərkəzi Ko-mitənin tapşırığı ilə olmuşam. Bizə, yəni artist Mikayıl Mirzəyev və şair Sabir Rüstəmxanlıya meydana gedib, orada camaatı sakitləşdirmək həvalə edilmişdi...

...Tribunanın ətrafına bir dəstə hay-küy salan uşaq toplaşmışdı. Peşə məktəbinin uşaqlarına oxşayırdılar. Onlar əsasən Nemətin işarəsi ilə hərəkət edirdilər. Sonra noyabrın 30-dan dekabrın 6-na qədər rayonda qohumumun yanında olmuşam...

Onu da deyim ki, mitinqlər ilk günlər çox yaxşı, sakit və hay-küysüz keçirdi. Sonradan cürbəcür adamlar onu yolundan döndərdi. Bu işdə hakimiyyət orqanları da zəif mövqe tutdular. Nemətə gəlincə, mən onu kiminsə əlində bir vasitə, «kiminsə adamı» hesab edirəm...” (XII cild, s. 120-122)

(Davamı var)

Qeyd:

Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə və təqdim etməyə hazırıq...

Təqdim etdi: Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Dekabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri