Kimlər hər ay 16 manat ödəyəcək? RƏSMİ
Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
“Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, qeyri-formal məşğul şəxslər icbari tibbi sığortahaqqını özləri ödəyəcək. Ödənişin miqdarı aylıq təxminən 16 manat məbləğində olacaq. Bəs bu mexanizm necə işləyəcək? İşsiz şəxslərin siyahısı necə əldə olunacaq?
İcbari Tibbi Sığorta Agentliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, icbari tibbi sığorta haqqının toplanılması "Tibbi sığorta haqqında" Qanunla tənzimlənir və bu sahədə qərarlar qanunverici orqan tərəfindən qəbul olunur:
“İşsiz şəxslərin kimliyi və həmin kateqoriyaya aid olan şəxslərin bazası da Agentlik tərəfindən formalaşdırılmır. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə daxildir. Agentliyin fəaliyyət istiqaməti Xidmətlər Zərfi çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin maliyyələşdirilməsini təmin etməkdir”.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 24 Noyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















