Icma.az
close
up
RU
QR ödənişlərdə xidmət haqqı: Kimlər ödəyəcək?

QR ödənişlərdə xidmət haqqı: Kimlər ödəyəcək?

Icma.az, News24 portalına istinadən məlumat verir.

Artıq bir çox insan məhsul və xidmətlərin ödənişini nağd pul və ya kart yerinə QR kod vasitəsilə həyata keçirir. Bu üsul həm rahatlıq təmin edir, həm də istifadəçilərə keşbek və digər bonusları daha effektiv qazanmaq imkanı yaradır. Ötən gün isə QR kodla aparılan ödəniş əməliyyatları üzrə tətbiq ediləcək xidmət haqları müzakirə mövzusuna çevrilib.

Maraqlıdır, QR kodla ödənişlər üçün xidmət haqqı deyəndə nə nəzərdə tutulur və bu ödəniş əsasən hansı tərəfdən tutulacaq? 

Mövzu ilə bağlı News24.az-a açıqlama verən biznes kreditlər üzrə ekspert Fərid Tanrıverdiyev bildirib ki, QR ödənişlər üzrə tətbiq olunan xidmət haqqı rəqəmsal əməliyyatların arxasında duran texnoloji infrastrukturun qurulması, təhlükəsizliyin təmin edilməsi, əməliyyatın emalı, məlumatların ötürülməsi və maliyyə tərəfləri arasında hesablaşmanın həyata keçirilməsi üçün tələb olunan xərclərin qarşılanması məqsədilə tətbiq olunur:

“Bu xidmət haqları həmçinin risklərin idarə olunması, müştəri dəstəyi və hesabatlılıq kimi əlavə funksiyaları da əhatə edə bilər. Hazırda müvafiq banklar, ödəniş xidməti təchizatçıları və tənzimləyici qurumlar arasında xidmət haqqının konkret olaraq hansı tərəfdən tutulacağı müzakirə olunur. Bu, ödənişi edən müştəri, ödənişi qəbul edən ticarət subyekti və ya hər iki tərəf arasında bölüşdürülmə şəklində müəyyən edilə bilər və tətbiq olunacaq əməliyyat modelindən, tərəflər arasındakı müqavilələrdən və tənzimləyici çərçivədən asılı olacaq". 

Fərid Tanrıverdiyev qeyd edib ki, əsas məqsəd yaradılacaq mexanizmin həm müştərilər üçün əlçatan və şəffaf, həm də ticarət tərəfdaşları və banklar üçün iqtisadi baxımdan davamlı olmasıdır:

“Nəzərə almaq lazımdır ki, bu tip xidmət haqları yalnız gəlir məqsədi daşımır, eyni zamanda sistemin dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək üçün zəruri vasitədir.”

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:332
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 Oktyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri