Icma.az
close
up
RU
Sosial mediadan pul qazananların DİQQƏTİNƏ! Kimlər vergi ödəyəcək?

Sosial mediadan pul qazananların DİQQƏTİNƏ! Kimlər vergi ödəyəcək?

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Azərbaycanda sosial mediadan pul qazanan xeyli insan var. İstər tiktokerlər, istərsə də bloggerlər canlı yayımlarda göndərilən hədiyyələr, reklamlar və s. hesabına kifayət qədər yüksək məbləğ əldə edirlər. 

Maraqlıdır ki, onların qazanclarına nəzarət edilir və ya edilməlidirmi?

Bu barədə hüquqşünas Günay Abbasova Redaktor.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında vergitutmanın effektiv və düzgün qurulması üçün şəxslərin gəlirlərinə nəzarət edilməsi vacib amildir:

"Lakin vətəndaşların gəlirlərinə nəzarət edilməsi onların qanunvericilikdə nəzərdə tutulmamış hüquqlarını pozmadan, Vergi Məcəlləsində nəzərdə tutulmuş üsul və vasitələrdən istifadə etməklə aparılmalıdır. Qanunvericiliyin müvafiq maddələrinin əlaqəli təhlili zamanı bizə aydın olur ki, vergi orqanı vergi ödəyicisi kimi qeydiyyata düşmüş şəxslərin bank hesablarına nəzarət edə bilirlər. Hazırki qanunvericilik bu sahədə vergi nəzarətinin təkmil formada həyata keçirilməsinə imkan verməsə belə, hər bir halda VÖEN-ə bağlı bank hesablarına vergi nəzarəti həyata keçirilir.

Hüquqşünas həmin şəxslərin vergiyə cəlb olunmaları barədə də danışıb:

"Sosial şəbəklərdə ("Tiktok", "Instagram", "Facebook", "Youtube" və s.) bir çox üsulla gəlirin əldə edilməsi mümkündür. Buna reklam gəlirləri, kontentlərin hazırlanması ilə bağlı şirkətlər tərəfindən ödənilən ödənişlər, sosial şəbəkələrə yüklənmiş video və ya şəkillərin izlənməsinə görə ödənişlər, son dövrlərdə tiktokda atılan hədiyyələrin miqdarına uyğun platforma tərəfindən verilən ödənişlər aiddir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə nəzər saldığımız zaman, sosial şəbəklərdən əldə edilmiş gəlirlərin vergiyə cəlb edilib-edilməsi məsələsinin tənzimləndiyini görə bilərik. Belə ki, Vergi Məcəlləsinin 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Bu maddədə gəlirin malların, işlərin və ya xidmətlərin təqdim edilməsi məsələsi qeyd edilmişdir. Bu maddədə nəzərdə tutulmuş xidmət, malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət hesab edilir. Sosial şəbəkə istifadəçiləri gəlir əldə etmək məqsədilə də bu platformalar üçün kontent yaratmaq və ya reklam xidməti göstərməklə gəlir vergisi üçün vergitutma bazası formalaşdırırlar.

Yekun olaraq, sosial şəbəklər vasitəsilə gəlir əldə edən şəxslər Vergi Məcəlləsinin 34-cü maddəsinə əsasən, gəlirin əldə edilməsi anına qədər vergi ödəyicisi kimi qeydiyyata düşərək VÖEN almalıdırlar. Bu şəxslər xidmət fəaliyyəti göstərdikləri üçün sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən gəlir vergisi ödəyicisi olmalı, illik əldə etdikləri gəlirdən xərclər çıxıldıqdan sonra yerdə qalan mənfəətə 20 faiz vergi dərəcəsi tətbiq edərək, növbəti ilin mart ayının 31-dək illik gəlir vergisi bəyənnaməsini təqdim edərək vergi ödənişlərini həyata keçirməlidirlər".

G.Abbasova həmçinin sosial şəbəkələr vasitəsilə gəlir əldə edən şəxslərə edilən güzəştlərdən bəhs edib:

"Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-nə güzəşt tətbiq olunur. Burada sahibkarlıq subyektlərinin təsnifatına da diqqət etmək lazımdır. Bu güzəşt mikro sahibkarlar üçün,  dövriyyəsi 200 min manatadək olan, işçi sayı isə 10 nəfərdən çox olmayan şəxslər üçün nəzərdə tutulmuşdur".

Sevinc İBRAHİMZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Noyabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri