Icma.az
close
up
RU
Kimlər vəfat etmiş valideyninin pensiyasını ala bilər? AÇIQLAMA

Kimlər vəfat etmiş valideyninin pensiyasını ala bilər? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Valideynin vəfatından sonra onun pensiyası ilə bağlı məsələlər cəmiyyətdə ən çox qarışıq salınan hüquqi mövzulardan biridir. Bir çox insanlar düşünür ki, vəfat etmiş şəxsin aldığı pensiya avtomatik şəkildə övladına keçir. Halbuki qanunvericilikdə bununla bağlı konkret qaydalar və məhdudiyyətlər mövcuddur. Xüsusilə son aylıq pensiyanın alınması, yığılıb qalmış məbləğlər və ailə başçısını itirməyə görə pensiya hüququ fərqli anlayışlardır. Bəzi hallarda övlad mərhum valideynin pensiyasının müəyyən hissəsini və ya ödənilməmiş məbləğini ala bilir. Ancaq bunun üçün qohumluq əlaqəsi ilə yanaşı, bir sıra hüquqi şərtlər də nəzərə alınır. Müraciət müddəti, birgə yaşayış faktı və əmək qabiliyyəti kimi məqamlar burada əsas rol oynayır.
Mövzu ilə bağlı hüquqşünas Aysel Süleymanova Demokrat.az-a açıqlamasında bildirib ki, pensiya şəxsin özünə məxsus sosial təminat hüququ hesab olunur və həmin şəxs vəfat etdikdən sonra bu hüquq avtomatik olaraq başqa bir şəxsə ötürülmür:
“Yəni qanunvericilik “mərhumun pensiyası tam şəkildə övladına keçir” anlayışını qəbul etmir. Burada əsas məsələ hansı növ ödənişdən söhbət getdiyidir. İlk növbədə fərqləndirmək lazımdır ki, mərhumun sağlığında hesablanmış, lakin ala bilmədiyi pensiya məbləği ilə ailə başçısını itirməyə görə təyin olunan pensiya ayrı hüquqi anlayışlardır. Əgər şəxs vəfat edənədək son aylıq pensiyasını almamışsa, həmin məbləğ müəyyən hallarda ailə üzvlərinə ödənilə bilər. Bu zaman əsas şərtlərdən biri ailə üzvlərinin onunla birgə yaşaması və qanuni varis statusunun olmasıdır. Məsələn, ata vəfat edib və həmin ay üzrə pensiyasını almadan dünyasını dəyişibsə, həyat yoldaşı və ya övladı notariat və aidiyyəti sosial quruma müraciət edərək həmin ödənilməmiş məbləği tələb edə bilər. Lakin burada söhbət davamlı pensiya almaqdan yox, yalnız hesablanmış və ödənilməmiş vəsaitdən gedir. Digər mühüm məsələ ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Bu artıq mərhumun pensiyasının davamı deyil, dövlət tərəfindən ailə üzvlərinə verilən ayrıca sosial təminat növüdür. Belə pensiyanı əsasən azyaşlı uşaqlar, əyani təhsil alan müəyyən yaşadək övladlar, əlilliyi olan ailə üzvləri və bəzi hallarda əmək qabiliyyəti olmayan şəxslər ala bilirlər”. 
Hüquqşünas qeyd edib ki, Azərbaycanda qanunvericiliyə görə, 18 yaşına qədər övladlar ailə başçısını itirməyə görə pensiya almaq hüququna malikdirlər:
“Əgər övlad əyani formada ali və ya orta ixtisas təhsili alırsa, bu hüquq müəyyən yaş həddinədək davam edə bilər. Bəzən insanlar düşünür ki, mərhum valideyn yüksək məbləğdə pensiya alırdısa, həmin məbləğ tam şəkildə övladına veriləcək. Əslində isə ailə başçısını itirməyə görə ödənilən pensiya ayrıca hesablanır və əvvəlki pensiyanın məbləği ilə tam eyni olmur. Ən doğru addım vəfat hadisəsindən sonra vaxt itirmədən aidiyyəti qurumlara müraciət etmək, sənədləri toplamaq və hüquqi məsləhət almaqdır. Çünki hər bir işin özünəməxsus detalları olur və konkret vəziyyətdən asılı olaraq hüquqi nəticələr dəyişə bilər”.
Yəni, vəfat edən valideynin pensiyası övladına birbaşa keçmir, sadəcə onun almadığı sonuncu ayın pulunu varisləri götürə bilər, daimi pensiya isə yalnız qanunla müəyyən edilən azyaşlı, tələbə və ya əlilliyi olan övladlara ayrıca hesablanaraq verilir.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 May 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri