Icma.az
close
up
RU
Kimlər mülki inspektor ola bilər? AÇIQLAMA

Kimlər mülki inspektor ola bilər? AÇIQLAMA

Icma.az, Metbuat saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Kollegiyası qərarına edilən dəyişikliklə polisə ictimai dəstək olanlar mülki inspektor hesab ediləcək və bu, onlar üçün hazırlanan xüsusi geyim formasının üzərində həkk olunacaq.

Bəs mülki inspektor vəzifəsinə namizəd olmaq üçün hansı tələblər mövcuddur və bu vəzifə maaşlı olacaqmı?

Mövzu ilə əlaqədar “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, 2016-cı il aprelin 20-də də Kollegiyanın belə bir qərarı mövcud idi. Lakin fərq ondadır ki, həmin vaxt bu, "polisə ictimai dəstək" adlanırdı, indi isə "mülki inspektor" ifadəsi ilə əvəz olunub:

“O dövrdə ölkə Prezidenti, möhtərəm İlham Əliyev cinayətkarlıqla mübarizədə ictimaiyyətin dəstəyini təmin etmək məqsədilə belə bir sərəncam imzalamışdı və bu çərçivədə "polisə ictimai dəstək" adlı qurum yaradılmışdı. Mülki inspektorlar polisin fəaliyyət istiqamətlərinə uyğun şəkildə fəaliyyət göstərəcəklər. Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə aparmaq, ictimai asayişin qorunmasında iştirak etmək və digər təhlükəsizlik tədbirlərində yer almaq kimi vəzifələri icra edəcəklər. Gələcəkdə isə bu gənclər polis sıralarına qəbul olunduqdan sonra sıravi polis, serjant rütbələri ala biləcəklər. Müxtəlif polis bölmələrində, o cümlədən post-patrul xidmətində və polis-sahə məntəqələrində onlara ehtiyac var. Onların xüsusi geyim forması, müvafiq döş nişanı və vəsiqələri olacaq. Vəsiqənin üzərində yalnız "vəsiqə" sözü yazılacaq və Daxili İşlər Nazirliyinin adı orada həkk olunmayacaq. İçəridə isə ad, soyad, atasının adı və qüvvədə olma müddəti qeyd ediləcək, müvafiq möhür və imza ilə təsdiqlənəcək”.

Kimlər mülki inspektor ola bilər?

Ş.Əliyev qeyd edib ki, hərbi xidmətdə olmuş sağlam insanlar, əvvəllər məhkumluğu olmayan və yaş həddi 24-dən yuxarı olmayan şəxslər mülki inspektor ola bilər. Boy məsələsi ilə bağlı rəsmi tələb olmasa da, bu amilə də diqqət yetirilir, çünki gələcəkdə bu şəxslərin polis sıralarına qəbul olunması nəzərdə tutulur. Minimal boy həddi 170 sm-dir, lakin daha hündür olmaq üstünlük hesab edilir. Dövlət tərəfindən onlara əməkhaqqı veriləcək. Onların vəzifələri Kollegiya qərarında açıq şəkildə qeyd olunub: ictimai asayişin qorunmasında iştirak. Hansı polis şöbəsinə və ya idarəsinə təhkim olunacaqları isə müvafiq polis rəisləri tərəfindən müəyyən ediləcək. Hər gün onlar üçün təlimatlar keçiriləcək, axtarışda olan şəxslərlə bağlı məlumatlar veriləcək. Bu inspektorların geniş ərazilərdə fəaliyyət göstərə bilməsi üçün kifayət qədər təlim keçmələri təmin olunacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 13 Fevral 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see274

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see253

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see242

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see239

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see207

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see198

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see195

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see189

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see180

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see175

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see173

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see171

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see166

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see163

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see163

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see156

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see155

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri