Kimsə bərkdən qışqırırsa, qorxub imtahanı ləğv etməliyik? Nazir narazı müəllimlərə cavab
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Kimya müəllimlərinin sertifikasiya prosesində heç bir qeyri-adi hal olmayıb.
Modern.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib
O bildirib ki, həmin suallara nəzər yetirilib:
“Küçədən keçən insanlar da sertifikasiya prosesinə etiraz edir. Sertifikasiya prosesində iştirak etməyən şəxslərin də etiraz etməsi düzgün deyil”.
Nazir kimya fənnindən sertifikasiya imtahanında iştirak edən müəllimlərin narazılıqlarına belə reaksiya verib:
"Biz imtahanlardan sonra testləri təhlil edirik. Bu o demək deyil ki, kimsə bərkdən qışqırsa, biz ondan qorxub imtahanı ləğv edəcəyik.
20 min müəllimi sertifikatlaşma etmişik. Onlardan 5-i imtahana telefon keçirmək istəyib. Biz telefonu alıb, onları imtahandan kənarlaşdırmışıq. Bu o demək deyil ki, sertifikatkaşma prosesi düzgün deyil. Kimya fənninə gəlincə isə, 350 nəfər yüksək bal toplayıb. Biz yavaş-yavaş T test şkalalarına keçirik. Bunu zamanla hamı öyrənəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 10 İyul 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















