Icma.az
close
up
RU
FizikaRiyaziyyat və Texnika Elmləri Bölməsinin yığıncağında illik hesabatlar müzakirə edilib AZƏRTAC

FizikaRiyaziyyat və Texnika Elmləri Bölməsinin yığıncağında illik hesabatlar müzakirə edilib AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 27 dekabr, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) ümumi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Əvvəlcə FRTEB-nin əhatə etdiyi elmi müəssisələrin nailiyyətlərinə həsr olunmuş sərgiyə baxış olub.

AMEA-nın vitse-prezidenti, FRTEB-nin Elmi şurasının sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev yığıncaqda prioritet elmi istiqamətlər üzrə aparılmış tədqiqatlar, 2024-cü il üzrə əldə edilmiş mühüm elmi nəticələr, onların nüfuzlu beynəlxalq elmi bazalarda nəşri kimi məsələlərin müzakirə olunacağını diqqətə çatdırıb.

Akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun 2024-cü il üzrə illik hesabatını təqdim edib. Elmi-nəzəri fəaliyyət haqqında məlumat verən akademik cari ildə institutda qabaqcıl informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi, eləcə də rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətlərində tədqiqatların aparıldığını nəzərə çatdırıb.

Akademik elmi əsərlər və elmmetrik göstəricilərlə bağlı statistikanı təqdim edərək cari ildə institut əməkdaşlarının məqalələrinə 2671 dəfə istinad edildiyini, bu rəqəmin son 5 ildə 10976-ya bərabər olduğunu deyib. 2024-cü ildə institut əməkdaşları tərəfindən 71 məqalənin, 117 tezisin və 3 kitabın dərc edildiyini vurğulayıb. Əlavə edib ki, son 5 ildə institut əməkdaşlarının 289 məqaləsi “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnallarda öz əskini tapıb. Azərbaycan alimlərinin İKT sahəsindəki fəaliyyəti beynəlxalq aləmdə də yüksək qiymətləndirilib, son 5 ildə İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin adları ABŞ-ın Stenford Universitetinin ən nüfuzlu reytinq siyahısına daxil edilib.

Alim, həmçinin elmi-innovasiya və praktiki, elmi-təşkilati və kadr hazırlığı, dövlət tapşırıqlarının icrası, institutun həmtəşkilatçılığı ilə keçirilmiş konfranslar, elm və təhsilin inteqrasiyası, multidissiplinar araşdırmalar, elmi və texnoloji dəstək qrantları, elmi biliklərin populyarlaşdırılması, “AzScienceNet” şəbəkəsinin fəaliyyəti, beynəlxalq elmi əməkdaşlıq, eləcə də digər istiqamətlərdə görülmüş işlər haqqında məlumat verib.

Milli Aviasiya Akademiyasında (MAA) 2024-cü ildə alınmış mühüm elmi nəticələr haqqında MAA-nın elmi işlər üzrə prorektoru professor Afiq Həsənov məlumat verib. O, cari ildə Akademiyada 12 elmi istiqaməti əhatə edən 25 adda elmi-tədqiqat işinin aparıldığını bildirib. Elmi-tədqiqat işlərinin nəticələrinə əsaslanan 323 məqalə və tezisin nəşr olunduğunu, bunlardan 210-nun ölkəmizdə, 113-nün isə xaricdə (24-ü nüfuzlu jurnallarda olmaqla) işıq üzü gördüyünü nəzərə çatdırıb. Professor A.Həsənov, həmçinin MAA-nın ixtiralarına 2 patentin alındığını vurğuladı.

Yığıncaqda, həmçinin İdarəetmə Sistemləri İnstitutunun, Riyaziyyat və Mexanika İnstitutunun , Radiasiya Problemləri İnstitutunun, Biofizika İnstitutunun, Fizika İnstitutunun, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2024-cü ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

Müvafiq elmi müəssisələrdə aparılmış elmi tədqiqatların nəticələrinə dair fikir mübadiləsi aparıldıqdan sonra hesabatlar qəbul olunub.

Sonda akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycan elminin əsas lokomotivlərindən biri olan və fundamental elmlərin bir araya gəldiyi FRTEB-in 2024-cü il üzrə fəaliyyətini dəyərləndirib. Alim qeyd edib ki, Bölmənin əhatə etdiyi elmi müəssisə və təşkilatlar bu il də dünya elminin çağırışları və dövlət başçısının Azərbaycan elminin qarşısına qoyduğu vəzifələri rəhbər tutaraq öz fəaliyyətlərində aktual problemlərə diqqət ayırıb, prioritet istiqamətlərdə tədqiqatlar aparıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see312

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see176

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri