Icma.az
close
up
RU
Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilib

Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

AMEA və “Azərenerji” ASC arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclası keçirilib. İclas “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda baş tutub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Əvvəlcə FRTEB üzvləri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi, Tədris mərkəzi, Laboratoriya mərkəzi və 500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzi ilə tanış olublar.

Tədbiri “Azərenerji” ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar Əliyev açaraq müzakirə olunacaq mövzuların əhəmiyyətini qeyd edib. O, FRTEB-in toplantısının “Azərenerji” ASC-də keçirilməsinin birgə əməkdaşlığın inkişafı baxımından xüsusi məna kəsb etdiyini deyib.

Sonra AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri, akademik Rasim Əliquliyev çıxış edərək AMEA ilə “Azərenerji” ASC arasında əməkdaşlıq əlaqələrinin qurulmasını yüksək qiymətləndirib. O, bu kimi münasibətlərin Azərbaycanın elektroenerji sisteminin idarə olunmasında praktiki və tətbiqyönümlü məsələlərin həlli üçün geniş imkanlar açacağına inamını ifadə edib.

Akademik Rasim Əliquliyev dünya miqyasında rəqəmsal və yaşıl transformasiyalar, yaşıl enerji siyasəti və enerji təhlükəsizliyi məsələlərinin strateji önəm daşıdığını vurğulayıb. Qeyd edib ki, bütün bu reallıqları nəzərə alaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə enerji təhlükəsizliyinin təmin olunması, bərpaolunan enerji mənbələrinin inkişafı, ənənəvi enerji sistemlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü dövlət siyasəti həyata keçirilir.

Alim ölkəmizdə qlobal çağırışlara adekvat olaraq yürüdülən dövlət siyasətinin mühüm tərkib hissələrindən birinin də Azərbaycan Prezidentinin martın 19-da imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” olduğunu, bu strategiyanın həyata keçirilməsinin elmi potensialın enerji sektoruna tətbiqini də zəruri etdiyini bildirib.

“Bu gün bütün alim və mütəxəssislər, müvafiq dövlət orqanlarının məsul nümayəndələri ölkə rəhbərinin çağırışlarını rəhbər tutaraq öz səylərini birləşdirməli, Azərbaycanın qlobal enerji təhlükəsizliyi sistemində rolunun gücləndirilməsi istiqamətində qarşıda duran problemləri müəyyənləşdirməli və ölkənin enerji siyasətinə töhfə verməlidir”, – deyə akademik Rasim Əliquliyev bildirib.

Daha sonra AMEA-nın akademik-katibi, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov “Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin olunmasının aktual elmi-praktik problemləri və həlli yolları haqqında” məruzəsini təqdim edib. Məruzəçi son illər istehsal və enerji sərfiyyatı da daxil olmaqla, enerjiyə olan ehtiyacın azaldılması və məhsuldarlığın artırılması məsələlərinin böyük aktuallıq kəsb etdiyini qeyd edərək, bərpaolunan enerji resurslarının ortaya çıxarılması və texnologiyaların inkişaf etdirilməsinin də bununla əlaqədar olduğunu bildirib.

AMEA-nın müşaviri, akademik Adil Qəribov “Qlobal ekoloji problemlər kontekstində energetikanın durumu və perspektivləri” mövzusunda məruzə ilə çıxış edərək vurğulayıb ki, hazırda ölkələrin inkişaf səviyyəsinin göstərici faktorlarının əsaslarından biri adambaşına düşən enerji istehlakı qiymətidir. Onun sözlərinə görə, ötən dövrdə elektroenerji istehsalında karbon və karbohidrogen mənşəli enerji mənbələri üstünlük təşkil edib.

Çıxışının sonunda akademik Azərbaycanda nüvə energetikasının əsaslandırılması istiqamətində bir sıra təkliflərini səsləndirib: “Atom elektrik stansiyaları daha iqtisadi səmərəliliyə malik olub, gələcəkdə bazis enerji mənbəyi kimi istifadəsi məqsədəuyğundur. Atom elektrik stansiyasının güc parametrləri respublikamızın energetikləri tərəfindən ölkənin enerji istehlakı, təchizatı və nəqli sisteminin analizi əsasında seçilə bilər”.

Daha sonra “AzərEnerji” ASC-nin vitse-prezidentin birinci müavini Yusif Qarayev “Azərbaycan enerji sistemi 2025 – icra edilmiş layihələr” mövzusunda məruzəsini təqdim edib. O bildirib ki, elektroenergetikamızın bugünkü səviyyəyə çatması, müasir texniki avadanlıqla təchiz olunaraq rəqəmsallaşdırılması, bərpaolunan enerjinin prioritet sahəyə çevrilməsi, yeni elektrik stansiyalarının inşa olunması, yüzlərlə yarımstansiyanın yenidən qurulması, min kilometrlərlə müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi və digər bu kimi məsələlər Prezident İlham Əliyevin davamlı enerji strategiyasının həyata keçirilməsinin təzahürüdür.

Yusif Qarayev, həmçinin mövcud və inteqrasiyası planlaşdırılan bərpaolunan enerji mərkəzləri layihələri, Batareya Enerji Saxlanc Sistemləri, geniş sahəli monitorinq və idarəetmə sistemləri olan WAMS və WACS, onların əhatə etdiyi enerji obyektləri, Naxçıvan Muxtar Respublikasının enerji sistemi, cari ildə icra olunacaq reabilitasiya tədbirləri barədə ətraflı məlumat verib.

Müzakirələrdə çıxış edən AMEA-nın müşaviri, akademik Telman Əliyev, Biofizika İnstitutunun baş direktoru Oktay Qasımov, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri Ramiz Alıquliyev, Məsumə Məmmədova, Fizika İnstitutunun laboratoriya rəhbəri Vəli Hüseynov, “AzərEnerji” ASC-nin İstehsal prosesinin analizi xidmətinin rəhbəri Bəxtiyar Məmmədov, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini Aytək Babayeva, həmin institutun aparıcı elmi işçisi Valeh Nəsibov məruzələrə dair sual və təkliflərini səsləndiriblər.

Sonda akademik Rasim Əliquliyev çıxış edərək “Azərenerji” ASC-nin fəaliyyətini və burada həyata keçirilən layihələri yüksək qiymətləndirib, tədbirin mühüm nəticələrlə yadda qalacağına əminliyini ifadə edib. Alim “Azərenerji” ASC ilə AMEA arasında əməkdaşlığın sistemli şəkildə davam etdirilməsi, kadr və təcrübə mübadiləsinin aparılması məqsədilə Yol xəritəsi və Fəaliyyət planının hazırlanmasının zəruriliyini qeyd edib. O, alim və ziyalıları enerji sahəsində mövcud problemlərin həlli istiqamətində fəallıq nümayiş etdirməyə, öz intellektual potensiallarını, fikir və təkliflərini bölüşməyə çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri