“Kimyəvi silah” iddiası ilə işğala zəmin hazırlanır
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tehran Vaşinqtonun İranı kimyəvi və bioloji silah hazırlamaqda ittiham etməklə mümkün quru müdaxiləsi üçün ictimai rəy formalaşdırmağa çalışdığını bildirir.
Sherg.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai ABŞ-nin 2003-cü ildə İraqa qarşı istifadə etdiyi ssenarini yenidən gündəmə gətirdiyini iddia edib.
Diplomatın sözlərinə görə, Vaşinqton İranı kimyəvi və bioloji silah hazırlamaqda ittiham etməklə ölkəyə mümkün quru müdaxiləsinə zəmin hazırlamağa çalışır.
Bəqai ABŞ rəsmilərinin 2003-cü ildə BMT Təhlükəsizlik Şurasında çıxış edən sabiq dövlət katibi Kolin Pauellin İraqda kütləvi qırğın silahlarının mövcudluğunu sübut etmək üçün sınaq şüşəsi nümayiş etdirməsini xatırladıb.
O bildirib ki, İraqda kütləvi qırğın silahlarının mövcudluğu ilə bağlı əsassız iddialar ictimai rəyi manipulyasiya etmək, qorxu yaratmaq və hərbi müdaxiləyə zəmin hazırlamaq vasitəsinə çevrilmişdi. Bəqainin fikrincə, həmin müdaxilənin nəticələri təkcə İraq xalqı və region üçün deyil, ABŞ üçün də fəlakətli olub.
Qeyd edək ki, bundan əvvəl CNN telekanalı ABŞ kəşfiyyat məlumatlarına istinadən İranın ABŞ administrasiyasının yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd planlaşdırdığını və bu məqsədlə “çirkli bomba” və ya kimyəvi silahdan istifadə edə biləcəyini iddia etmişdi.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrandakı obyektlərə zərbələr endirməyə başlayıb. Tehran buna cavab olaraq qarşılıqlı hücumlar həyata keçirib. Hazırda qarşıdurmada nisbi sakitlik hökm sürsə də, münaqişə tam həllini tapmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 20 Noyabr 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















