Icma.az
close
up
RU
Kino çəkməyə həvəslənən aktyorlar Gərək hərə öz işini görsün

Kino çəkməyə həvəslənən aktyorlar Gərək hərə öz işini görsün

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Həmid Piriyevin yeni yazısını təqdim edir.

Həftənin axırı bayırda lətif hava vardı, dedim, bu havada evdə oturmaq çox qələt iş olar. Qotazlı fəsimi başıma qoydum, çəkmələrimi yağlayıb parıldatdım, əsamı qoluma taxıb payi-piyada şəhər mərkəzində dolaşmağa başladım.
Bazarnı küçəsindən düşdüm Sabir bağına, ordan keçdim Tarqovıya. Gördüm, bu lətif havanın ləzzətini çıxartmaq istəyən tək mən binəva deyilmişəm. Tanış mühərrirlərdən də bəziləri ya təkbaşına, ya iki-üç aşinası ilə şəhərdə vird edirdi və mən də onları salamlayanda fəsimi azca qaldırıb baş əyirdim və də üstəlik, gülümsəyirdim.
Bu dəm köhnə tanışlarımdan biri ilə rastlaşdım və buna nəhayətdə şad oldum. Çün bu rəfiqimi, bəlkə də, aylardır ki, görməmişdim və onunla həmdəm olmaq mənə əlahiddə zövq verdi. Tanışımla olanlardan-keçənlərdən və də ki, olacaqlardan hap-gap eləyə-eləyə dolaşdığımız vaxt təzə kino afişi gördüm. Asudə vaxtımızı səmərəli keçirtməkdən ötrü və də mədəniyyətimizdə baş verənlərdən hali olmaq məqsədilə rəfiqimə təkəllif elədim, gedək kinoya baxaq. Sinemaxanaya gedib biletimizi aldıq, zala varid olub yerimizi rahladıq.

Kinonun başlanmağını gözləyə-gözləyə rəfiqimlə pəsdən söhbətimizi davam edirdik və ona dedim ki, Mirzə, axır vaxtlar kino sahəmizdə də bir canlanma yaşanmaqdadır və bu da məni olduqca sevindirir. Çün Abas Mirzədən sonra da yaxşı kinoçəkənlərimiz olub və olmalıdır da, intibah olmasa, istiqbal da olmaz və sütül cavanlar da bu işə qarışmalıdır.

Ləfzimi təzə tamamladığım vaxt zalın işıqlarını söndürdülər və biz də lal olub ekrana diqqət kəsildik…

Kino haqqında düşüncələrimi soruşmaq istəsəniz, gərəkdir ki, susub danışmayam, çün, adamın kino deməyə dili gəlmədiyi bu… bu… bilməm nəmənəni hövsələmi basıb axıra çatdıra bilmədim. Yarısına gücnən çatdırdıq, rəfiqimə göz elədim, durub bayıra izal olduq. Elə rəfiqim də mənimlə həmfikir idi. Biz, ümumən, nəyə baxmışdıq, görəsən?

Rəfiqimdən kinoçəkənin kim olduğunu sual elədim, məlum oldu ki, əslində, kinoçəkən deyilmiş, kinodaoynayanmış, qəflətən bu fikrə düşüb ki, bəs, mən də çəkə bilərəm.

Yadıma Vahidin Zeyd olmağı düşdü. Rəfiqimə danışdım, sizə də nağıl edim.

Demək, bir vaxt olur, “Leyli və Məcnun”u Dərbənddə göstərməyə gedirlər. Deməginən, Əlağa Vahid də bu vaxt Dərbənddə imiş. Tamaşa günü Vahid gəlir teatroya, görür, Zeydi oynayan aktyor xəstələndiyi səbəbindən tamaşanı təxir etmək istəyirlər. Vahid rejissora deyir, Zeyd kimin kimsənəsidir ki, ona görə tamaşa təxir olsun? Mən oynayaram Zeydi.

Vahidi geyindirib hazırlayırlar, çıxır Məcnunla olan səhnəyə. Qurban Primov tarı kökləyib ayaq düzəldir, Vahid oxumalıdı, di gəl, sözləri yadına sala bilmir. Qurban Primov bir dənə də ayaq verir, amma sözlər Vahidin yadına düşmür ki, düşmür. Vahid özünü itirməyib bədahətən:

Məcnuna deyən yoxdur, ey aşiqi-biçarə,
Vahidə nə karın var, qoysun səni avvarə? –

mətləli qəzəlini deyir.

Rəfiqim ləzzətlə xeyli gülüb dedi ki, demə, Vahid sonradan o qəzələ əl gəzdirib, öz adının yerinə Leylinin adını qoyubmuş.

Dedim, elədir və bunu da əlavə elədim ki, gərək hərə öz bildiyi, başı çıxdığı və mahir olduğu işlə məşğul ola. Eyzən bizim bu Vahid kimi və də bayaq kino adlandırdığı o… o… bilməm nəmənəni çəkən aktyor kimi. Yoxsa ki, tülküyə bardaqda və durnaya nimçədə yemək vermək kimi çıxacaq, olacaq əndrabadi bir şey.

Rəfiqimdən sual elədim ki, bax, sən əziz-şərif fövqəladə dərəcədə mahir bir mühərrirsən, durub səhnəyə çıxsan və yainki musiqi bəstələsən, əlbət, öz yerində olmayacaqsan və gördüyün iş də baxıb seyr edənlərə və yainki qulaq kəsilənlərə dad verməyəcək.

Dedi, düz buyurursan.

Dedim, eyzən mən də sənin kimi. Biz qələm əhlindənik və silahımız da qələmimizdi və gərəkdir ki, yolumuzdan sapmayaq. Hərgah elə olsa, könlümüz də asudə olar.

Dedi, düz buyurursan.

Dedim, di gəl, o kinoda oynayanın kino adlandırdığı o… o… bilməm nəmənə damağımı korlayıb əhvalıma da bir o qədər təsir elədi, amma səni görməyimə nəhayətdə şad oldum.

Dedi, eyzən mən də.

Bir-birimizin əlini səmimiyyətlə sıxıb fəsimizi azca qaldırıban yüngülcə gülümsədik və də bir-birimizə təzim edəndən sonra ayrıldıq, rəfiqim öz yoluna getdi, mən də varid oldum nacizanə xanəmə.

Kulis adlandırdığımız pərdəarxasının mühərrirlərindən Həmidi-Sani və ya bilməm neçənci əfəndi

Mabədi var...

“Səma xanımı” filmi təqdim olunub Şahzadə Keyt xərçəngə qalib gəldiyini açıqladı Kerimcan Durmaz həbs edildi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Yanvar 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see432

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see193

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see174

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri