Icma.az
close
up
RU
Kino var deyə, teatrları bağlamaq necə absurddursa, sayt var deyə qəzetləri bağlamaq da o qədər yanlışdır

Kino var deyə, teatrları bağlamaq necə absurddursa, sayt var deyə qəzetləri bağlamaq da o qədər yanlışdır

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən gün qlobal şəbəkədə nasazlıq baş verdi və bütün saytların fəaliyyəti dayandı. Ölkədə maraqlı bir sükut olsa da, sosial şəbəkələrdə jurnalistlər önəmli bir mövzunu gündəmə gətirdi: Bəlkə çap mediası yenidən gündəmə gəlsin? Həqiqətən çox maraqlıdır; bir gün bu qlobal şəbəkədə olan texniki nasazlıq uzunmüddətli davam etsə, hazırda Azərbaycanda çap mediası "qismən" sıradan çıxıb, belə olan halda nə baş verəcək?

“Bizimyol.info” xəbər portalının rəhbəri, əməkdar jurnalist Bahəddin Həzi qeyd edib ki, dünən bir neçə saat qlobal sistem üzrə texniki nasazlıq yaranandan sonra saytlara giriş məhdudlaşdı və bu hadisə fonunda qəzetlərin əhəmiyyətinin qabarması haqda müzakirələr oldu: “Bu, Mark Tvenin bir məşhur deyimini xatırladır. Onun öldüyü haqda şaiyələrə yazıçı ironik tərzdə belə şərh vermişdi: "Mənim ölümüm haqda məlumatı çox şişirdiblər". Məncə, saytların müvəqqəti texniki problemlə üzləşməsini də çox şişirtdik, qəzetlərə ehtiyacın artması ehtimalını da. Belə fors-major hallardan heç kim sığortalanmayıb. Bu cür hadisələr qəzet çapında da zaman-zaman özünəməxsus formalarda yaşanıb. Məsələn, hətta ən populyar qəzetlərin də başına gəlib: ya tərtib kompüterinə virus düşüb və qəzetin hazır dizayn versiyası pozulub, ya nəşriyyatda kağız qıtlığı yaranıb, ya da mətbəədə çap maşını xarab olub. Mən hələ redaksiyaların və mətbəələrin yerləşdiyi ərazilərdə işıqların sönməsini, bu və ya başqa redaksiyalarda polis əməliyyatı nəticəsində işlərin axsamasını demirəm. Bunlar zaman-zaman olub. Fövqəladə vəziyyət rejimində rəsmi senzuranın qəzetin növbəti sayını çapa buraxmaması kimi halları da yaşamışıq. Çap olunmuş nömrənin bütün nüsxələrinin müsadirə olunması da baş verib. Siyahını uzatmaq da olar”.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Əməkdar jurnalistin fikrincə, qəzetlər ona görə əhəmiyyətli deyil ki, qlobal şəbəkədə texniki nasazlıq olur, saytlar çökür: “Qəzet bu cəmiyyətdə qəzet kimi nə qədər əhəmiyyətlidirsə, elə o qədərdir. Sayt da həmçinin. Bu, "birləşmiş qablar" qanununa tabe deyil. Qəzetin müəyyən özəllikləri saytda yoxdur, saytın da bəzi üstünlükləri qəzetdə yoxdur”.

Bahəddin Həzi hesab edir ki, bunları bir-birinə qarşı qoymaq və birinin yaxşı, birinin pis olmasını iddia etmək doğru deyil.

“Azərbaycan cəmiyyətinə qəzet ona görə lazım deyil ki, sayt çökür və ya əksinə. Hərəsinin ictimai inkişafda öz yeri, öz rolu var. Sadəcə, nisbət fərqi var. Hər dövrün özünə görə informasiyaya, fikrə, təhlil və düşüncə məhsuluna əlçatanlığının öz üsulu, öz üslubu, öz forması var. Dünən saytlara giriş məhdudlaşanda camaatımız qəzet köşklərinin qarşısında növbəyə durmuşdu?! Xeyr! Odur ki, bu cür spekulyativ iddialar, sadəcə, baş qatmaqdan başqa bir şey deyil.

Bəli, daha əvvəl də demişəm: bizə qəzet lazımdır, ancaq lazımsız qəzet yox. Bunun rəqəmsallaşma ilə bağlılığı yoxdur. Kino var deyə, teatrları bağlamaq necə absurddursa, sayt var deyə qəzetləri bağlamaq da o qədər yanlışdır. Sayı azala bilər, dövrilik dəyişə bilər, o başqa bir şeydir. Ona qalsa, elə saytlar var, günlərlə yenilənmir; "kəs-yapışdır" üsulu ilə işləyir. Elektron media subyektlərinin hamısı bütün standartlara cavab verirmi?! Əlbəttə, yox. Qəzetin də yaxşısı-pisi var, saytın da. Birində yaşanan texniki sıxıntılar digərini qiymətə mindirmir, yaxud əksinə”-deyə Bahəddin Həzi bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Noyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri