Icma.az
close
up
RU
Kinodramaturqdan nazirliyə sərt tənqid: Mədəniyyətimiz bu qədər acınacaqlı vəziyyətdə olmayıb’”

Kinodramaturqdan nazirliyə sərt tənqid: Mədəniyyətimiz bu qədər acınacaqlı vəziyyətdə olmayıb’”

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son zamanlarda Mədəniyyət Nazirliyi ətrafında dolaşan korrupsiya, rüşvətxorluq və idarəçiliklə bağlı qalmaqallar həm cəmiyyətdə, həm də mediada əsas müzakirə mövzularından birinə çevrilib. Bir çox sənət adamları nazirliyin fəaliyyətini kəskin tənqid edir, mədəniyyət sahəsindəki xaosun idarəetmədən qaynaqlandığını bildirirlər.

Gununsesi.info – ya danışan kinodramaturq və ssenarist Eldəniz Quliyev mədəniyyət sahəsindəki vəziyyəti “misilsiz tənəzzül dövrü” kimi xarakterizə edərək, nazirliyin fəaliyyəti barədə bir sıra fikirlər səsləndirib. Onun sözlərinə görə, teatr, kino, rəssamlıq və digər sənət sahələrində yaranmış böhran nəticə deyil, uzun illər davam edən səhlənkarlığın, səhv təyinatların və mədəniyyətin mahiyyətinin anlaşılmamasının nəticəsidir.

O bildirib ki, ölkənin mədəni mənzərəsi bütün sahələrdə – teatrda, kinoda, rəssamlıqda – ciddi şəkildə pisləşib:

“Azərbaycan mədəniyyətinin bu qədər acınacaqlı vəziyyətdə olduğunu nə görmüşəm, nə də şahidi olmuşam. Bu gün mədəniyyətə rəhbərlik edən şəxslər öz yarıtmaz fəaliyyətləri ilə rəhbərlik etməkdən çox onu parodiya edirlər”.

Onun sözlərinə görə, teatrların daxilində münaqişələr, yaradıcı heyətlər arasındakı qarşıdurmalar, idarəetmədəki xaos artıq ictimai rəyin gündəlik müzakirəsinə çevrilib. Kinodramaturq xüsusilə “Azərbaycanfilm” kinostudiyasının son 20 ildə tənəzzülə uğradığını qeyd edib:

“2002–2010-cu illərdə ölkənin film istehsalat bazası olan ‘Azərbaycanfilm’ tədricən satılır, dağıdılır, məhv edilir. Hətta Cəfər Cabbarlının heykəli belə baxımsızlıqdan sıradan çıxır”.

Eldəniz Quliyev vurğulayıb ki, problemlərin kökündə sənətə qiymət verilməməsi və mədəniyyətə yalnız formal tədbirlərlə yanaşılması dayanır:

“Mədəniyyət Nazirliyi işi tədbir keçirmək və ‘quş qoymaq’la məhdudlaşdırır. Halbuki kino sənayesində də, teatrlarda da dərin problemlər var və onların həlli üçün ciddi iş görülmür”

“Nazirlik hüquqşünaslar gilyasına çevrilib”

Ssenarist nazirliyin rəhbərliyinə uzun illər mədəniyyətdən uzaq şəxslərin gətirildiyini, nəticədə sahənin idarəolunmaz hala düşdüyünü bildirir:

“Son onilliklərdə mədəniyyətə rəhbər gətirilən şəxslərin əksəriyyəti sahəni tanımayan insanlar olub. Bir müddət sonra isə məlum olur ki, burada yeyintilər baş verib. Hesablama Palatası milyonlarla manatlıq mənimsəmə faktları aşkarlayır”

Onun sözlərinə görə, bunun fonunda yaradıcı insanların vəziyyəti ağır olaraq qalır:

“Aktyorlarımızın, rəssamlarımızın, heykəltəraşlarımızın durumu ürək ağrıdır. Mədəniyyət Nazirliyi dövlət siyasətini təmsil etməli olduğu halda, bu gün sanki yalnız hüquqi prosedurlarla məşğuldur”

“Azərbaycanın milli mədəniyyət konsepsiyası olmayıb”

Quliyev ölkənin mədəni siyasətində strateji yanaşmanın olmadığını deyərək, bunun ciddi fəsadlar yaratdığını vurğulayıb:

“Qəribə səslənsə də, indiyəcən Azərbaycanın milli mədəniyyət konsepsiyası olmayıb. Bu səbəbdən mədəniyyət anlayışı yalnız incəsənət sahələri ilə məhdudlaşdırılıb və nəticədə yanlış təsəvvür formalaşıb. Mədəniyyət təkcə teatr, kino və musiqidən ibarət deyil; təhsil, səhiyyə, ictimai davranış, media etikası, siyasi mədəniyyət kimi sahələr də bu anlayışın ayrılmaz hissəsidir”.

“Mənəvi dəyərlərə etinasızlıq problemləri daha da dərinləşdirir”

Kinodramaturq milli-mənəvi dəyərlərə münasibətin zəifləməsini də əsas səbəblərdən biri kimi göstərib:

“Mənəvi-mental dəyərlər xüsusiyyət deyil ki, istəyəndə dəyişəsən. Dəyərlər faktdır. Onu inkar etdikcə, mədəniyyətin də mahiyyəti itir.”

Sonda Eldəniz Quliyev bildirib ki, bütün bu problemlər məhz mədəniyyətə yanlış yanaşmanın nəticəsidir:

“Mədəniyyətə layiqincə qiymət verə bilsəydik, ölkədə bu qədər ağrılar, böhranlar yaşanmazdı. Mədəniyyət əbədi, ömür isə müvəqqətidir. Əbədi olan isə hörmət tələb edir”.

Ayşən Rəhim

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Noyabr 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri