Icma.az
close
up
RU
Azərbaycan dili çoxəsrlik mədəniyyətimiz, şəxsiyyətimizin təcəssümüdür

Azərbaycan dili çoxəsrlik mədəniyyətimiz, şəxsiyyətimizin təcəssümüdür

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hər bir insanın və bütövlükdə cəmiyyətin həyatında dilin əhəmiyyəti danılmaz dərəcədə yüksəkdir. Dil insanlar arasında daimi və əsas ünsiyyət vasitəsi kimi istifadə olunur və bir çox digər vacib funksiyaları yerinə yetirir. Dilin inkişafı cəmiyyətin inkişafı ilə ayrılmaz şəkildə bağlıdır, çünki dil olmadan, həm fərdin, həm də cəmiyyətin inkişafından söhbət gedə bilməz. Digər tərəfdən, dilin tam formatlı, yəni rəsmi dövlət statuslu olması da, çox mühüm məsələdir və bunun reallaşması o qədər də asan deyil. Dilin dövlət statusu alması təkcə xalqdan, millətdən, cəmiyyətdən asılı deyil. Tarix sübut edir ki, dilin inkişafı öz xalqının tarixinə böyük siyasi iradə və qətiyyətlə islahatçı və müdrik siyasətçi kimi daxil olmuş liderin adı ilə sıx bağlıdır. Bu mənada, Azərbaycan dilinin hərtərəfli inkişafı, rəsmi dövlət dili kimi formalaşması, məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin, elmin bir çox sahələrində olduğu kimi, dilçilikdə də apardığı məqsədyönlü siyasətin tarixi nəticələrindən biri, şübhəsiz ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi və Azərbaycan əlifbasının kirill qrafikasından latın əlifbasına keçməsi olmuşdur. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərmanla latın qrafikası əsasında, müasir Azərbaycan əlifbası icbari xarakter alıb və Azərbaycan xalqının həyatın bütün sahələrində tətbiq olunmağa başlanıb. Həmin ildən avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

Tarixə nəzər salsaq, XVI əsrdə, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan dilinin Azərbaycanda rəsmi dövlət dili elan edilməsinə baxmayaraq, o zamanki tarixi şəraitə görə bu uzun sürmədi. Sonralar sovet hakimiyyəti dövründə, konkret olaraq 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci ildə qəbul edilmiş respublika Konstitusiyasına Azərbaycan dilini dövlət dili elan edən bənd əlavə edildi. Lakin o dövrdə də siyasi müdriklik olmadığından bu nəcib iş uğursuz başa çatdı. Yalnız 1978-ci ildə Ulu öndər Heydər Əliyevin qətiyyəti və cəsarəti sayəsində SSRİ rəhbərliyinin ciddi narazılığına və etirazlarına baxmayaraq, Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlətçiliyini təsdiq edən bənd daxil edilmişdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, dilimizin istifadəsinə və nüfuzunun artırılmasına geniş imkanlar açılmışdır. Lakin təəssüflər olsun ki, AXCP dövründə Respublikanın o vaxtkı rəhbərliyinin səriştəsizliyi, xalqın iradəsinə zidd populist fəaliyyətlər nəticəsində dilimizin adı dəyişdirildi. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu ədalətsizliyə son qoydu. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyasında öz mövqeyini referendum yolu ilə bəyan edən xalq, dilinin Azərbaycan dili adlandırılmasına sadiq olduğunu bəyan etdi.

Azərbaycan dilinin tətbiqi sahəsində işin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında imzalanmış sərəncamlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət, Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda əvəzsiz xidmətləridir.

Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə və siyasi kursuna sadiq qalan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, dövlət başçısı kimi ilk sənədlərdən biri kimi, bizim və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilinin latın qrafikasına tərcümənin həyata keçirilməsi və onların kütləvi nəşri haqqında sərəncam imzalamışdır. Müasir şəraitdə Azərbaycan dilinin bilavasitə təkmilləşdirilməsi ilə bağlı, cənab İlham Əliyevin imzaladığı iki mühüm sənədin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bunlar 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma dövrünün tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının qəbul edilməsi haqqında” və 29 may 2012-ci il tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” sərəncamlardır. Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsini təmin edən tədbirlərin həyata keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanı Azərbaycan dilinin əhatə dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi rol oynayır. Məhz bu mühüm faktlar dövlətimizin Başçısı cənab İlham Əliyevin dilimizə, mədəniyyətimizə, zəngin milli dəyərlərimizə böyük hörmət və ehtiramının bariz göstəricisidir.

Qürurverici haldır ki, Ana dilimiz hərtərəfli inkişaf edib, dövlət dilinə çevrilib, diplomatiya aləminə yol açır, dünyanın ən mötəbər tədbirlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səsləndirilir. Doğma dilimiz ildən-ilə ciddi populyarlıq qazanaraq, bir çox ölkələrdə və xalqlarda Azərbaycana marağı artırıb. Ölkəmizə belə bir ciddi marağın artmasına təbii ki, mütləq qiymət veriləsi pozitiv tərəflər mövcuddur. Dilimizin tarixi varlığını nəzərə alaraq, onu qeyd etmək lazımdır ki, müasir dövrdə Azərbaycanın beynalxalq aləmdə nüfuzunun artması, dövlətimizin davamlı inkişaf konsepsiyasına uyğun mərhələlli və ciddi addımların atması dilimizin zənginliyinə və əhəmiyyətinə daha da rəng qatır.

Azərbaycanın müasir dil siyasəti Azərbaycan dilinin təkcə gündəlik ünsiyyət vasitəsi deyil, həm də təhsil, elm və dövlət idarəçiliyində mühüm alət kimi qalmasına yönəlib. Hakimiyyət orqanları onun populyarlaşdırılmasına, məktəblərdə və universitetlərdə təhsil proqramlarının dəstəklənməsinə, habelə rəsmi sənədlərdə milli dilin istifadəsinin təşviqinə xüsusi diqqət yetirir. Eyni zamanda, qloballaşma kontekstində yeni çağırışlar yaranır: ingilis və rus dillərinin biznesə və rəqəmsal məkana təsiri linqvistik suverenliyin qorunması üçün balanslaşdırılmış yanaşma tələb edir.

Azərbaycan dili beynəlxalq kontekstdə türkdilli dövlətlərlə, ilk növbədə Türkiyə ilə əlaqələri gücləndirməklə xüsusi rol oynayır. Bu, təkcə mədəni yaxınlıq məsələsi deyil, həm də xarici siyasətin strateji aspektidir. Eyni zamanda, regionların dialekt müxtəlifliyini nəzərə alaraq, ölkə daxilində dil birliyinin qorunması vacibdir. İkinci Qarabağ müharibəsindəki qələbədən sonra milli kimlik, o cümlədən linqvistik kimlik məsələləri dövlətin təhlükəsizliyi və sabitliyi ilə birbaşa bağlı olduğundan daha da aktuallaşıb.

Azərbaycan Əlifbası və Dili Günü sadəcə yaddaqalan tarix deyil, milli mədəniyyətin gələcəyi haqqında düşünmək üçün əsasdır. Rəqəmsal texnologiyalar dövründə təkcə ənənələri qorumaq deyil, həm də dili yeni reallıqlara uyğunlaşdırmaq, İT lokalizasiyasını inkişaf etdirmək və Azərbaycan dilində müasir məzmun yaratmaq vacibdir. Bu, onun gələcək nəsillər üçün yaşamasını təmin etmək istiqamətində əsas yollardan biridir.

1 avqust – doğma dilimizin millətin ruhu olduğunu xatırladan gündür. Və nə qədər ki, Azərbaycan nitqi eşidilir, o qədər də millət yaşayır. Azərbaycan dilinin qorunması gələcək nəsillərə ciddi əmanətdir, Azərbaycanda həmrəylik və firavanlığının əsas təminat verici amillərdəndir. Bunu etməsək, biz ilk növbədə xalqımızın çoxəsrlik mədəniyyətinə, şəxsiyyətimizə böyük ziyan vurmuş oluruq, çünki Azərbaycan dili bizim çoxəsrlik mədəniyyətimizdir, şəxsiyyətimizin təcəssümüdür. Azərbaycan əlifbası və azərbaycan dilinin günü mübarək!

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 İyul 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see255

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see237

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see143

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see124

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see121

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see120

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see119

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see119

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see118

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see117

İrandan “Hizbullah”a dəstək

07 Avqust 2025 04:49see117

Seda Sayanın dodaq uçuqladan var dövləti: Onun kirayə gəlirləri isə...

07 Avqust 2025 15:57see115

“Bakı Tbilisi qatarının bərpasını gözləyirik” Gürcüstan İqtisadiyyat Nazirliyi

07 Avqust 2025 15:32see115

Mingəçevir 30 futbolçu ilə hazırlaşsa da... SON DURUM

07 Avqust 2025 14:09see114

Qızıl libaslar və lüks tualetlər: Rahib əfsanəvi Şaolini attraksiona çevirdi

07 Avqust 2025 06:02see113

Pəhriz içkiləri şəkərli sodadan daha çox diabetə səbəb olur

07 Avqust 2025 09:04see113

Çində asma körpüdə baş verən qəza nəticəsində beş nəfər həlak olub

07 Avqust 2025 06:29see112

Çimərliklərdən uşaqlara virus yayılır? Suçiçəyinə bənzəyir, lakin...

07 Avqust 2025 14:08see112

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

07 Avqust 2025 18:26see112

UEFA Konfrans Liqası: Azərbaycan təmsilçiləri III təsnifat mərhələsinin oyunlarına çıxırlar

07 Avqust 2025 08:00see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri