Icma.az
close
up
RU
Türkiyə XİN Cenevrədə keçirilən Kipr görüşü ilə bağlı açıqlama verib

Türkiyə XİN Cenevrədə keçirilən Kipr görüşü ilə bağlı açıqlama verib

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli Kiprlə bağlı Cenevrədə keçirilən qeyri-rəsmi görüşdə yeni keçid məntəqələrinin açılması, adanın minalardan təmizlənməsi və günəş enerjisindən elektrik enerjisi istehsalı sahəsində irəliləyişin əldə olunmasına dair razılıq əldə olunduğunu açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Keçeli Kiprlə bağlı Cenevrədə keçirilən geniş formatlı qeyri-rəsmi görüş haqqında məlumat verib.

Keçeli, Kipr məsələsinin yekun həlli üçün adada tərəflər arasında “ortaq zəmin olmadığı indiki mühitdə” hər iki xalqın xeyrinə əməkdaşlığın inkişaf etdirilə biləcəyi sahələrin müzakirə edildiyini vurğulayıb: “Liderlər yeni keçid məntəqələrinin açılması, adanın minalardan təmizlənməsi, ətraf mühit və iqlim dəyişikliyi, bufer zonada günəş enerjisi istehsalı, qəbiristanlıqların bərpası və gənclər üzrə texniki komitənin yaradılması üzrə irəliləyiş barədə razılığa gəliblər”, - deyib.

Keçeli adada iki dövlət arasında mehriban qonşuluq əlaqələrinin inkişafı istiqamətində mühüm addım atıldığını və iyulun sonunda oxşar formatda ikinci qeyri-rəsmi görüşün keçirilməsinə qərar verildiyini vurğulayıb. Keçeli qeyd edib ki, BMT baş katibinin məsələ ilə bağlı şəxsi nümayəndə təyin etməsi nəzərdə tutulur: “Önümüzdəki dövrdə Kipr türk tərəfi ilə yaxından məsləhətləşərək, adada iki tərəf arasında əməkdaşlıq mədəniyyətini inkişaf etdirmək üçün səylərimizi davam etdirəcəyik”, - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Mart 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri