Kiprdəki oyunda Araz Naxçıvan ın müraciətindən sonra tribunadan Ermənistan bayrağı yığışdırılıb
Icma.az bildirir, Sia Az portalına istinadən.
"Araz-Naxçıvan" klubu Kiprdə "Omoniya"ya qarşı keçirdiyi Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda tribunadan Ermənistan bayrağının yığışdırılması ilə bağlı UEFA nümayəndəsinə müraciət edib. Bu barədə SİA-ya Azərbaycan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Klubdan bildirilib ki, dərhal məsələ ilə bağlı polisə məlumat çatdırılıb:
"UEFA nümayəndəsi əvvəlcə dedi ki, rəsmi bayraqdır. Biz isə əvəzində söylədik ki, Kipr və Azərbaycan klubları oynayır. Başqa ölkənin bayrağı niyə tribunada olmalıdır? Bu, təxribat cəhdidir. O da razılaşdı. Dərhal polisə bayrağın yığışdırılması ilə bağlı məlumat verdi və bayraq götürüldü. Nümayəndə bunu öz protokolunda da qeyd etdiyini vurğuladı. Hətta belə bir ehtimalı qarşılaşmadan əvvəl baş tutan iclasda nümayəndəyə demişdik".
Qeyd edək ki, görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bakıda 4 cavabsız qolla uduzan "Araz-Naxçıvan" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Baxış sayı:115
Bu xəbər 15 Avqust 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















