Kir Starmer ABŞ səfirinin vəzifədən azad edilməsinə görə ciddi təzyiqlərlə üzləşib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
London, 15 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri və Leyboristlər Partiyasının lideri Kir Starmer Britaniyanın ABŞ-dakı səfiri Piter Mandelsonun vəzifədən azad edilməsinə görə partiya daxilində ciddi təzyiqlərlə üzləşib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, P.Mandelsonun adı cinsi cinayətlərə görə məhkum olunmuş və sonradan həbsxanada intihar edən milyarder Cefri Epşteynlə əlaqələrinə dair məktublarda hallanıb. Bunun ardınca hökumət onu vəzifəsindən uzaqlaşdırıb. Baş nazirin qərarı Leyboristlər Partiyasının bəzi üzvlərinin, həm açıq, həm də qapalı şəkildə narazılıqlarına səbəb olub. Kir Starmer bu həftə dövlət səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampı Londonda qarşılamağa hazırlaşsa da, partiya daxilində gərginlik artır.
Leyboristlər Partiyasından millət vəkili Riçard Burqon “BBC Radio 4”ə açıqlamasında deyib ki, əgər may ayında Şotlandiya, Uels və İngiltərənin bir sıra bölgələrində keçiriləcək seçkilərdə Leyboristlər gözlənildiyi kimi zəif nəticə göstərsə, K.Starmer gedəcək. Bu qalmaqalın Ancela Reynerin Baş nazirin müavini postundan istefasından dərhal sonra baş verməsi isə partiya daxilində narazılıqları daha da gücləndirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:51
Baxış sayı:51 Bu xəbər 15 Sentyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 15 Sentyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















