Kir Starmer Kiprə səfəri zamanı diplomatik gərginliklə üzləşib
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
Böyük Britaniyanın Baş naziri Kir Starmerin Kiprə rəsmi səfəri zamanı adanın türklərin sıx yaşadığı şimal hissəsini ziyarət etməməsi səbəbindən diplomatik gərginlik yaranıb.
AZƏRTAC xəbər verir ki, Baş nazir dekabrın 9-da axşam saatlarında adanın yunanların yaşadığı cənub bölgəsi olan Kipr Respublikasına səfər edib. Bu, son 50 ildən artıq müddətdə ikitərəfli danışıqlar üçün adaya səfər edən ilk Britaniya Baş nazirinin səfəri olub. O, bu gün Kipr Respublikasının Prezidenti Nikos Kristodulides ilə görüşlər keçirəcək. Lakin Kir Starmer Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar ilə görüş üçün vaxt tapmayıb. Prezident E.Tatar həftəsonu səfər barədə məlumat aldıqdan sonra görüş üçün müraciət etsə də, belə bir görüşün baş tutmayacağı bildirilib.
Ötən gecə Böyük Britaniyadakı türkəsilli kiprli kampaniyaçılar Baş naziri qərarını yenidən nəzərdən keçirməyə çağırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 10 Dekabr 2024 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















