Icma.az
close
up
RU
Kirayə avtomobillə qəza törədilərsə, zərəri kim ödəməlidir? AÇIQLAMA

Kirayə avtomobillə qəza törədilərsə, zərəri kim ödəməlidir? AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar adi və şad günlərdə kirayə avtomobil götürənlərin sayı artıb. Onun qiyməti günlük, həftəlik və ya aylıq olaraq dəyişir.

Bəs həmən maşın qəzaya düşərsə, zərəri kim ödəməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan sığorta eksperti Nicat Əlibəyli bildirdi ki, burada məsələ həm icbari, həm də könüllü sığorta növləri çərçivəsində tənzimlənir:

"İcbari avtomobil sığortası qanunvericiliyin tələb etdiyi əsas şərtlərdən biridir. Avtomobili idarə edən şəxs qaydaları pozmadığı və bütün sənədləri qaydasında olduğu təqdirdə, icbari sığorta təminatı adi prosedurlar əsasında tətbiq olunur. Qəza zamanı, avtomobili idarə edən şəxsin sənədləri qaydasında olduğu zaman adi bildiyimiz poses davam edir. 

Kasko sığortası ilə bağlı vəziyyət bir qədər fərqlidir. Təcrübə göstərir ki, sığorta şirkətləri adətən kommersiya məqsədilə istifadə olunan və ya kirayə verilən avtomobillərə könüllü sığorta təminatı verməkdən çəkinirlər. Bu, avtomobilin kirayə və ya taksi xidməti üçün istifadəsi zamanı risklərin daha yüksək olması ilə əlaqədardır".

Ekspertin sözlərinə görə, kirayə avtomobillərin sığortalanması və zərərlərin ödənilməsi məsələsi müqavilə şərtlərindən, sığorta növündən və avtomobilin istifadəsindən asılıdır. 

"Kasko sığortasına dair müqavilələrdə tez-tez qeyd edilir ki, avtomobil kommersiya məqsədilə (məsələn, taksi xidməti) istifadə olunarsa və bu, qəza zamanı aşkar edilərsə, sığorta təminatı qüvvədə olmur. Həmçinin bəzi hallarda müqavilədə avtomobilin tam dəyəri məbləğində azadolma məbləği (franşiza) göstərilir ki, bu da zərərin sığortaçı tərəfindən qarşılanmayacağı anlamına gəlir. Həmçinin, kirayə avtomobillər tez-tez fərqli şəxslər tərəfindən idarə olunduğu üçün qəza və zədələnmə riskləri daha yüksəkdir. Sığorta şirkətləri bu cür avtomobillərdə daha çox zədələnmə və qəza halları ilə qarşılaşır. Bu, əsasən sürücülərin təcrübəsizliyi və avtomobilin qeyri-sabit istifadəsi ilə bağlıdır. Buna görə də kirayə avtomobillərin sığortalanmasında ciddi məhdudiyyətlər tətbiq olunur.

Nəticə olaraq, kirayə avtomobillərin sığortalanması və zərərlərin ödənilməsi məsələsi müqavilə şərtlərindən, sığorta növündən və avtomobilin istifadəsindən asılıdır. Bu səbəbdən avtomobili kirayəyə verilməzdən əvvəl müvafiq sığorta şərtləri diqqətlə araşdırılmalıdır", - deyə Nicat Əlibəyli bildirdi.

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Yanvar 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri