Icma.az
close
up
RU
Kassadakı kəsiri kim ödəməlidir? AÇIQLAMA

Kassadakı kəsiri kim ödəməlidir? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kassada günün sonunda çatışmazlığın aşkar edilməsi və həmin məbləğin birbaşa xəzinədarın əməkhaqqından çıxılması işəgötürənlə işçi arasında fikir ayrılıqlarına səbəb olan mövzulardandır. Əmək qanunvericiliyinə əsasən, işçinin maaşından hər hansı tutulmanın aparılması üçün konkret hüquqi əsaslar və rəsmi prosedurlar mövcuddur. İşəgötürən müvafiq araşdırma aparmadan və qanuni qaydalara əməl etmədən xəzinədarın qazancından kəsinti edə bilməz. Hüquqi tənzimləmələrə görə, işçinin maddi məsuliyyətinin həddi və ziyanın ödənilməsi qaydası əmək müqaviləsi və ya xüsusi müqavilə ilə müəyyən olunur.
Mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, maddi məsuliyyət daşıyan şəxs kimi kassa əməliyyatlarına tam nəzarət edir:
"Onun təqdim etdiyi sənədlərə əsasən tutalım, kassada 10 min manat olmalı olduğu göstərilir, lakin faktiki məbləğdə çatışmazlıq yaranır. Bu halda məsuliyyət həmin şəxsin üzərinə düşür. Çünki kassa vəsaitlərinin düzgün uçotu və qorunması birbaşa onun vəzifə öhdəliyidir. Bu vəziyyətdə iki ehtimal mövcuddur. Ya vəsaitin mənimsənilməsi halı baş verib, ya da kassa əməliyyatlarında səhvə yol verilib. Səhv ehtimalı da istisna olunmur. Məsələn, vəsait kiməsə artıq və ya az verilib, lakin bu əməliyyatlar sənədləşmədə düzgün əks olunmayıb. Buna baxmayaraq, ümumi məsuliyyət kassa uçotuna cavabdeh olan şəxsə aiddir", - deyə vəkil qeyd edib.
Təcrübədə belə hallarla qarşılaşdıqda qanunvericiliyin tələblərinə uyğun olaraq daxili təhqiqat aparılmalı, inventarizasiya keçirilməli və xəzinədarın izahatı alınmalıdır. Çatışmazlığın texniki xətadan, yoxsa qəsdən törədilən əməldən qaynaqlandığı müəyyən edilməlidir. Əgər ortada cinayət tərkibli mənimsəmə faktı varsa, məsələyə hüquq-mühafizə orqanları tərəfindən baxılır. Adi diqqətsizlik və ya hesablama səhvləri zamanı isə ziyanın ödənilməsi Əmək Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir və tutulmalar qanunla müəyyən edilmiş limitləri aşa bilməz.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 May 2026 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri