Icma.az
close
up
RU
Mağazada sındıdırılan əşyanın pulunu kim ödəməlidir? AÇIQLAMA

Mağazada sındıdırılan əşyanın pulunu kim ödəməlidir? AÇIQLAMA

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzən mağazalarda müştərilərin ehtiyatsızlığı nəticəsində mallar zərər görərək istifadəyə yararsız hala düşə bilir. Bu kimi vəziyyətlər müştərilər ilə mağaza rəhbərliyi arasında anlaşılmazlıqlara yol açır. Həmin zaman bəzi müştərilər zərərin ehtiyatsızlıqdan qaynaqlandığını əsas gətirərək dəymiş ziyanı ödəməkdən imtina edirlər. Mağaza sahibi isə zərərin ödənilməsini tələb etdikdə tərəflər arasında mübahisələr baş verə bilir. 

Müştəri tərəfindən mağazadakı məhsula ziyan dəyərsə, zərəri kim qarşılamalıdır?

Mövzu ilə bağlı Milli.Az-a vəkil Emil Aslanov açıqlama verərək bildirib ki, istehlakçı hər hansı bir məhsula bilmədən ziyan vurarsa, hər zaman bu zərəri ödəməli deyil. 

"Lakin bəzi sahibkarlar, alıcıların öz hüquqlarını bilməməsindən istifadə edərək dəymiş zərəri müştərilərdən tələb edirlər. Mağazada hansısa əşya sındırılıbsa, bu zərəri müştəridən tələb etmək olmaz. Bəlkə o müştərinin üzərində o qədər məbləğ yoxdur. Hüquqları pozulmuş şəxs məhkəməyə müraciət etməklə öz pozulmuş hüquqlarını və dəymiş ziyanı tələb edə bilər".

Vəkil onu da əlavə edib ki, mağazalarda sındırılma ehtimalı yüksək olan məhsulun yanında xəbərdarlıq nişanı qoyulmalıdır ki, alıcılar bunu görüb daha ehtiyatlı davransınlar. Bəzi mağazalarda təmizlik zamanı xəbərdarlıq nişanı qoyulmur, bu kimi hallarda müştəri sürüşüb nə isə sındırarsa, dəymiş zərəri qarşılamalı deyil. 

"Mağazaya uyğun olaraq rəfların düzülüş qaydaları müəyyən edilməlidir. Rəfların və üzərindəki həmin malların rəfdan kənara çıxması halında, həmin mağaza sahibinin günahı ucbatından hesab olunur və istehlakçıların hər hansı ziyanı ödəmək məsuliyyəti yaranmır. Heç bir mağaza sahibi alıcıyı girov kimi saxlaya bilməz. Bu, azadlığın pozulması faktıdır və sahibkar törətdiyi əmələ görə ciddi məsuliyyət daşıyır".

Aysel Əkbər
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Noyabr 2024 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri