Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Kirayə bazarındakı əl yandıran qiymətlər: Evlər niyə bahadır? ARAŞDIRMA

Kirayə bazarındakı əl yandıran qiymətlər: Evlər niyə bahadır? ARAŞDIRMA

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıya tələbə axını kirayə bazarında evlərin qiymətinin artmasına səbəb olub. Bir müddət əvvəl metro ətraflarındakı 1 otaqlı evlər 300 manat idisə, indi köhnə tikilidən olan mənzili 400-450-dən aşağı tapmaq olmur. Sözsüz ki, bu hal tələbələr üçün də çətinliklər yaradıb. İxtisas seçimlərinin nəticəsi daha öncədən açıqlanmadığı üçün çoxları vaxtında ev kirayələyə bilmir. Sonra isə bahalı qiymətlərlə üz-üzə qalırlar.

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc Lent.az-a bildirib ki, əvvəllər kirayə qiymətləri təkcə tələbələrə görə bahalaşırdısa, indi səbəblər daha da çoxalıb:

“Kirayə mənzil bazarında qiymət artımı əvvəllər yalnız mövsümi xarakter daşıyırdı. Yəni, Bakıda universitetə daxil olan tələbələr ev axtarışına çıxanda qiymətlər birdən-birə yüksəlirdi. Lakin son 3 ildə qiymətlərin artmasına təkcə bu amil yox, eyni zamanda daşınmaz əmlakın qiymətinin bahalaşması da təsir edir. Evin kirayə qiymətinin artması ilə satışı bir-biri ilə mütənasibdir. Yəni kirayə artırsa, satışın da məbləği artır, yaxud əksinə.

Mənzil bazarında qiymətlərin artmasının çox müxtəlif səbəbləri var. İlk növbədə Ukrayna və Rusiya arasındakı müharibə nəticəsində inşaat materiallarının qiyməti yüksəldi. Bununla yanaşı muzdlu işçi qüvvəsinin əmək haqlarının artması da evin bir kvadrat metrinin tikintisinin baha başa gəlməsinə səbəb olur.

Həmçinin qeyd edək ki, indiyə qədər tikintidə bir sıra normativlərə əməl olunmadığı üçün də, mənzillər daha ucuz idi. Tikinti zamanı müəyyən edilmiş qayda-qanunlara əməl olunması isə xərcləri daha da artırır.

Xarici investorların Azərbaycana axını da birbaşa bu sahədəki qiymətləri dəyişir. Ölkə iqtisadiyyatı inkişafı daşınmaz əmlakın alqı-satqısına təsir edir.

Qiymətlərin artmasının başqa səbəbi də daşınmaz əmlakın investisiya obyekti olmasıdır. Əmlaka həm vətəndaşlar, həm əcnəbilər, həm də sahibkarlar külli miqdarda investisiya verir. Bu da, ona olan tələbatı artırır”.

V. Oruc problemin həlli yollarından da bəhs edib:

“Məsələni həll etməyin bəzi yolları var. Vətəndaşların birbaşa xidmət almadıqları dövlət qurumlarını paytaxtdan kənara, hətta rayonlara köçürmək lazımdır. Bununla yanaşı təhsil müəssisələri də paytaxtdan kənara köçürülməli, kampuslar, yataqxanalar salınmalıdır ki, tələbələr rahatlıqla bu xidmətdən istifadə edə bilsinlər. Vətəndaşlar üçün dövlət tərəfindən yataqxanalar tikilməli, özəl sahibkarlara da bu sahədə şərait yaradılmalıdır.

Universitetlərlə yanaşı böyük istehsalat müəssisələrinin də şəhər kənarına daşınması vacibdir. Bu məsələləri həll etmək üçün ən əsas paytaxtın Bakıdan köçülməsinin gündəmə gətirilməsidir. Daşınmaz əmlak qiymətlərinin tənzimlənməsində “paytaxt” sözünün çəkisinin də təsiri var. Qarabağdakı qələbə, həmçinin şəhərin infranstruktu imkan verir ki, Azərbaycanın paytaxtı Xankəndi olsun. Bu ideya reallaşsa, daşınmaz əmlakın qiymətində böyük həcmdə fərq yaranacaq”.

Ev alqı-satqısı və kirayə üzrə əmlakçı Ədalət Yaqubov Lent.az-a açıqlamasında bildirib ki, evlərin alış qiyməti baha olduğu üçün kirayə də bahadır:

“Evlərin qiyməti 2019-cu ildən bəri bahalaşıb. Köhnə binaların sökülüb, yenilərinin tikilməsi, ev sahiblərinin müvəqqəti kirayələrə köçürülməsi qiymətlərə birbaşa təsir edən amillərdəndir. Bu gün çoxları evini kirayəyə belə, vermir. Ona görə də daha az evlər kirayə bazarına çıxarılır. Tələb-təklif uzlaşmadığı üçün kirayəşinlər məcbur olub, daha baha qiymətə evlərdə qalırlar. 2019-cu ilə qədər ayda 20-30 kirayə ev yazılırdısa, indi bu rəqəm 1 və ya 2-dir. Əlbəttə, onlar da real qiymətindən çox baha olur.

Həmin illərdə 1 otaqlı ev 40-45 min, 2 otaqlı 60-70 min aralığında idi. 1 otaqlı evləri 200-250 manata, 2 otaqlıları isə 300-350 manata kirayəyə verirdilər. Amma indi 100-110 minə alınan 1 otaqlı 400-ə, 130-140 minlik 2 otaqlı evləri isə 500-550 manata kirayəyə çıxarılır. Həmişə evin qiymətinin 0,4 faizi kirayəyə verilib. Bu faiz indi də dəyişməyib, sadəcə evlərin qiyməti artdığı üçün kirayələrdə də bahalaşma bu qədər gözə çarpır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Avqust 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri