Icma.az
close
up
RU
Kirayə evlər niyə ucuzlaşmır?

Kirayə evlər niyə ucuzlaşmır?

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, mənzil fondunun müəyyən hissəsi boş olmasına baxmayaraq kirayə haqlarının yüksək olmasını şərtləndirən iki əsas faktor var:

"Bunlardan birincisi boş qalan mənzil fondunun əhəmiyyətli hissəsinin kirayə bazarına çıxarılmamasıdır. Müəyyən yüksək gəlirli sosial qrupun əlində çoxsaylı mənzillər mövcuddur və bu mənzillər kirayə üçün nəzərdə tutulmadığından bazara təklif edilmir.

İkinci amil ondan ibarətdir ki, son illərdə mənzil qiymətləri kəskin şəkildə artıb və Azərbaycanda daşınmaz əmlakın gəlirlilik əmsalı aşağıdır. Yəni kirayə qiymətləri ilə mənzil dəyərləri arasında disbalans mövcuddur. Digər ölkələrlə, o cümlədən Türkiyə və Gürcüstanla müqayisədə bu fərq daha aydın görünür. Bu qiymət artımı investisiya edən şəxsləri daha yüksək kirayə haqları müəyyən etməyə sövq edir".

Ekspert deyib ki, son iki ildə ipoteka xərcləri də artıb, faizlər yüksəlib:

"Kommersiya bankları ipoteka faizlərini iki dəfədən çox artırıblar. Hazırda bu göstərici təxminən 12 faiz ətrafındadır, halbuki iki il yarım əvvəl 6 faiz civarında idi. Belə şəraitdə bahalı vəsait hesabına mənzil alan şəxslər onu daha yüksək qiymətə kirayəyə verməyə üstünlük verirlər.

Burada üçüncü amili kimi tələb faktorunu qeyd etmək lazımdır. Tələb yüksəkdir, Azərbaycanda hər il 60–70 min yeni ailə qurulur və yığılıb qalmış mənzil tələbatı mövcuddur.

Azgəlirli sosial qrupların mənzil şəraiti zəifdir, eyni zamanda məşğulluqla bağlı regionlardan Bakı və ətrafına miqrasiya artıb. Bu da tələbin yüksəlməsinə və nəticə etibarilə kirayə qiymətlərinin artmasına səbəb olur" , - deyə o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 İyul 2026 07:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see274

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see253

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see242

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see239

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see207

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see198

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see195

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see189

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see180

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see175

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see173

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see171

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see166

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see163

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see163

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see156

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see155

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri