Icma.az
close
up
RU
Bakıətrafı qəsəbələrdə kirayə evlər niyə bahadır?

Bakıətrafı qəsəbələrdə kirayə evlər niyə bahadır?

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yay mövsümünün başlaması ilə dənizə yaxın ərazilərdə və Bakıətrafı qəsəbələrdə kirayə evlərə tələbat artır. Xüsusilə bağ evləri, kotteclər, villalar və həyət evləri istirahət etmək istəyənlərin əsas seçimləri sırasında yer alır. Qiymətlər isə hər il daha da yüksəlir. 

Bəs yay aylarında kirayə evlərin qiymətləri niyə artır və hansı amillər qiymətləri formalaşdırır?

Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Banco.az-a açıqlamasında bildirib ki, mövsümi evlər, yəni bağ evləri, kotteclər, həyət evləri və villalar əsasən yay aylarında kirayə verilir:

"İlin digər aylarında isə bu evlər ya boş qalır, ya da çox az hallarda kirayə götürülür. Bu baxımdan bəzi əmlak sahibləri yay mövsümündə əldə etdikləri gəlirlə ilin qalan 8 ayında boş qalan evlərinin xərclərini kompensasiya etməyə çalışırlar. Buna görə də yay aylarında bu evlərin qiymətlərinin yüksək olması ilə bağlı irad bildirildikdə, sahiblər əsas səbəb kimi evlərin ilin böyük hissəsində boş qalmasını göstərirlər.

Ümumiyyətlə, Azərbaycanda əmlak bazarı özünü tələb və təklif əsasında tənzimləyən bazardır. Kənardan müdaxilə etmək mümkün deyil və qiymətlər əsasən alıcı ilə satıcı, yaxud kirayəçi ilə əmlak sahibi arasındakı tələb-təklif münasibətlərinə uyğun formalaşır. Yay aylarında kotteclərə, bağ evlərinə, həyət evlərinə və villalara tələbatın artması da qiymətlərin yüksəlməsinə səbəb olur. Bəzi əmlak sahibləri isə bu vəziyyətdən istifadə edərək evlərini bazar qiymətindən daha yüksək, hətta şişirdilmiş qiymətlərlə təklif edirlər.

Yay mövsümündə insanlar asudə vaxtlarını daha səmərəli keçirmək, açıq havada olmaq və dənizə daha rahat gedib-gəlmək üçün dənizə yaxın ərazilərdə yerləşən həyət evlərinə, villalara, bağ evlərinə və kotteclərə üstünlük verirlər. Xüsusilə dənizə yaxın ərazidə qalmaqla tıxacda vaxt itirməmək və dənizə daha rahat gedib-gəlmək istəyən vətəndaşlar Bakı və Bakıətrafı qəsəbələrə üz tuturlar. Novxanı, Mərdəkan, Şüvəlan, Pirşağı və digər dənizkənarı kənd və qəsəbələrdə yay aylarında kirayə evlərə tələbat daha çox olur".

Ekspertin sözlərinə görə, bu evlər həm günlük, həm də aylıq kirayə verilir: "Kirayə müddətindən asılı olaraq qiymətlər də fərqlənir. Günlük, üç günlük, beş günlük və ya həftəlik kirayə verilən evlərin qiyməti aylıq kirayə ilə müqayisədə daha yüksək olur. Məsələn, günlük kirayə qiymətini bir ay üzrə hesabladıqda, bəzi evlərin aylıq kirayə xərci 2 500-3 000 manata qədər yüksələ bilər. Halbuki həmin ev aylıq kirayə verildikdə qiymət nisbətən daha aşağı olur.

Digər tərəfdən, insanlar bəyəndikləri və əvvəlki illərdə qaldıqları evləri də əvvəlcədən bron edirlər. Məsələn, ötən il hansısa evdə qalan və şəraitindən razı olan şəxs həmin evi hətta mart ayından bron edib yay mövsümü üçün saxlayır. Bəzi hallarda isə yay mövsümünün ödənişi əvvəlcədən edilir. Bu da bazarda kirayə üçün mövcud olan evlərin sayının azalmasına səbəb olur və nəticədə həmin ərazilərdə qiymətlər daha da yüksəlir".

A. Nəsirov əlavə edib ki, yay aylarında dənizə yaxın ərazilərdə kirayə ev axtaran insanların sayı əmlakını kirayəyə verənlərin sayından çox olduğu üçün tələb təklifi üstələyir: "Bu vəziyyət isə istər-istəməz qiymət artımına gətirib çıxarır. Düzdür, bəzi əmlak sahibləri yaranmış vəziyyətdən fürsət kimi istifadə edərək evlərini şişirdilmiş qiymətlərlə bazara çıxarırlar. Lakin seçim imkanlarının məhdud olması səbəbindən vətəndaşlar bəzən həmin evləri yüksək qiymətə də olsa kirayə götürməyə məcbur qalırlar".

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://banco.az
archiveBu xəbər 24 İyul 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri